"Saudi Aramco-nun hasilatı artırmaqdan imtina etməsi bazara təzyiq göstərmək məqsədi daşıyır"
Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nun neft hasilatını gündəlik 12 milyon bareldən 13 milyon barelədək artırmaq planından imtina etməsi ilə bağlı bəyanatı bazarda psixoloji təzyiq elementi ola bilər"
Marja.az xəbər verir ki, bu fikri TASS-a "Kasatkin Consulting"in tərəfdaşı Dmitri Kasatkin bildirib.
“Düşünürəm ki, bu cür qərar ilk növbədə bazara psixoloji təzyiq göstərmək, eləcə də OPEC+ sazişlərinə əməl olunmasının vacibliyini nümayiş etdirmək məqsədi daşıyır”, - ekspert bildirib.
Səudiyyə şirkətinin belə bir qərarının Krallığın qlobal neft tələbinin artması ilə bağlı gözləntilərinin aşağıya doğru dəyişməsinin nəticəsi ola biləcəyi barədə suala cavab verən Kasatkin, bu il proqnozun kifayət qədər optimist olduğunu vurğulayıb.
"Bundan əlavə, Rusiyadan fərqli olaraq, Səudiyyə Ərəbistanında istehsal gücünü artırmaq daha asandır - bu, regionun geologiyasının spesifikliyidir", - o deyib.
Ekspertlər qeyd edirlər ki, Səudiyyənin bu qərarı yaxın gələcəkdə neftin qiymətinin artmasına səbəb ola bilər.
Daha əvvəl "Saudi Aramco" bildirmişdi ki, şirkət Energetika Nazirliyindən maksimum hasilat gücünü gündəlik 13 milyon barelə çatdırmağa davam etməmək və 12 milyon barel səviyyəsində saxlamaq barədə göstəriş alıb. Bundan əvvəl "Saudi Aramco" 2027-ci ilə qədər neft hasilatını gündəlik 13 milyon barelə çatdırmağı planlaşdırırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























