Azərbaycanda yeni radionun açılması üçün müsabiqə elan edilib
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda iki məsələ müzakirəyə çıxarılıb.
Şuradan verilən xəbərə görə, ilk olaraq, FM radio yayımının aparılması üçün ölkə ərazisində boş olan və istifadəyə yararlı radiotezliklər barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar nəzərdən keçirilib və bu məlumatlar əsasında yeni lisenziya əsasında ümumölkə yerüstü radio yayımı fəaliyyətinin aparılmasının mümkünlüyü müzakirə olunub.
Müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib. Müsabiqə ilə bağlı şərtlər Audiovizual Şuranın rəsmi veb-saytında yerləşdiriləcək və ölkənin rəsmi qəzetində dərc olunacaq.
İclasda, həmçinin Qubadlı rayonu ərazisində yayım infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən alınan məlumatlara əsaslanaraq həmin ərazidə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının və analoq FM yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu kontekstdə, "Azərbaycan Radiosu" və "İctimai Radio"nun həmin ərazidə yayımının təmin olunması ilə bağlı müvafiq olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Azərbaycan Respublikası Audiovizual Şurasına daxil olmuş məktublara da baxılıb. Alınmış Qərara əsasən Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV yayım kanalı açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının aparılması üçün "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılıb.
Həmçinin həmin stansiyadan 89.5 MHs radiotezliyi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin və 96.9 MHs radiotezliyi "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
İstehlakçılar və tərəfdaşlar niyə “Bonaqua”ya üstünlük verir?
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi Moskva: Rusiya sövdələşməyə hazırdır
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Dekabrın 17-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Maaşa uyğun kredit – Expressbankda
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı









.jpg)









