Bakı adaları ilə bağlı plan məlum olub
"Bakı arxipelaqının adaları təbiət qoynunda sakit istirahət məkanları yaratmaq üçün imkanlara sahibdir. Burada açılacaq muzeylər isə ölkənin və şəhərin çoxəsrlik tarixini təqdim edə bilər. Adalar Bakı şəhərinə açılan möhtəşəm mənzərəyə sahibdir və bu, onların turizm təyinatları və təcrübələrinin artırılmasında rolunu artıra bilər",- Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında bildirilir.Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında rekreasiya turizmi üzrə görüləcək işlər də əksini tapıb.
Marja.az-ın məlumatına görə, Planda bildirilir ki, gündəlik və həftə sonu turlar yerli rekreasiya turizminin əsas dayaqlarından birini təşkil edir. Baş Plan çərçivəsində Abşeron yarımadasının mövcud mədəni landşaft dəyərlərinin gücləndirilməsi və böyük yaşayış məntəqələri yaxınlığında aktiv istirahət üçün daha geniş ərazilərin təmin edilməsi nəzərdə tutulur. Ənənəvi çimərlik turizmi ilə yanaşı Baş Plan çərçivəsində turizmin digər əsas elementlərinin də nəzərdə tutulması planlaşdırılır. Buraya ərazilərin ənənəvi xarakterini qorumaq üçün təyin ediləcək mədəni landşaft ərazilərinin mühafizə zonaları, eyni zamanda açıq məkan konsepsiyasının tətbiqi ilə yanaşı layihə ərazisi boyu yaradılacaq yerli rekreasiya məkanları daxildir.
Daha aktiv istirahət imkanlarının yaradılacağı ərazilərə milli parkların, xüsusən də genişləndirilmiş Qobustan Milli Parkının ərazisi aiddir. Milli Parkın ərazisinin cənub-şərq istiqamətində genişləndirilməsi Baş Planın vacib elementidir. Ərazinin genişləndirilməsi gəzinti və dağ velosipedçiliyi, eləcə də parkın daxilində və yaxınlığında gecələmə imkanları təmin edən kiçik qonaqlama yerləri (gecələmə və səhər yeməyi təmin edən ev tipli mehmanxanalar, turistik kəndlər, düşərgələr) kimi yeni fəaliyyət növlərinin inkişafına imkan verəcəkdir.
Yerli rekreasiya imkanlarından başqa, milli parklar yerli yaradıcılıq və sənətkarlıq mərkəzlərinin və mədəni turizmin təşviqi, habelə milli və beynəlxalq turistlər üçün yerli həyat təcrübələrinin öyrənilməsi baxımından geniş imkanlar yaradır.
Çimərlik və kurort turizminin inkişaf yanaşması
Abşeron yarımadasında Xəzərin şimal və cənub sahillərində müxtəlif xidmət səviyyələrinə cavab verən yerli çimərlik turizmi on illiklər ərzində inkişaf etmişdir. Bu gün Abşerondakı kurortlar müxtəlif kurort təcrübələrini təcəssüm etdirən əhəmiyyətli turistik ərazilərdən birinə çevrilmişdir. Bu kurortlar qonaqlara və turistlərə rahat və sakit istirahət imkanı verən cəlbedici landşaft elementləri, habelə mağazalar, restoranlar, təmiz su, kölgəliklər və s. ilə təmin olunmuşdur. Kurortların su əyləncə parkları, tarixi yerlər və abidələr, alış-veriş yerləri (sənətkarlıq məmulatlarının hazırlandığı emalatxanalar) olan kiçik kənd mərkəzlərinə, habelə kafe və restoranlara yaxın olması buranın turizm cəlbediciliyini artırır.
Baş Planda ətraf mühitin yaxşılaşdırılması tədbirlərinin nəzərdə tutulması ilə su hövzələrinin keyfiyyətinin artırılması və bununla şəhərin çimərlik turizminə müsbət təsirin göstərilməsi planlaşdırılır. Bundan əlavə, nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi çimərlik ərazilərindən Bakının digər əhəmiyyətli turistik məkanlarına fərdi ekskursiyaların təşkil edilməsinə imkan verəcək.
Çoxfunksiyalı istirahət və əyləncə turizmi
Baş Plan çərçivəsində turizm sektorunun şaxələndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərə istirahət və təhsil elementlərini vahid bir məkanda birləşdirəcək “əyləncəli-təhsil mərkəzləri”nin yaradılması da daxildir. Məqsəd qonaqlara yaddaqalan istirahət və hər səfərdə yeni kəşf təcrübəsi yaşatmaqdır:
• Qırməki Təbii Geoloji Parkı
Bakının neft sənayesi, neft sənayesinin tarixi, bu sahədəki ixtiralar və onların dünya təcrübəsinə təsirlərinin nümayiş etdiriləcəyi və eyni zamanda neft sənayesinin və neft sənayesi ilə əlaqədar sahələrin gələcəyi haqqında maarifləndirici materialların təqdim ediləcəyi “Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı”nın yaradılması təklif edilir.
• Muzey adaları
Bakı arxipelaqının adaları təbiət qoynunda sakit istirahət məkanları yaratmaq üçün imkanlara sahibdir. Burada açılacaq muzeylər isə ölkənin və şəhərin çoxəsrlik tarixini təqdim edə bilər. Adalar Bakı şəhərinə açılan möhtəşəm mənzərəyə sahibdir və bu, onların turizm təyinatları və təcrübələrinin artırılmasında rolunu artıra bilər.
• Mədəni turizm
Bakının zəngin tarixi özünü şəhər ərazisindəki abidə və tikililərin çoxluğunda biruzə verir. Baş Plan keçmiş, indiki və gələcək zamanlar arasında körpünün qurulması ilə şəhərin bütün qonaqlarında şəhər haqqında müsbət təəssüratların yaradılması məqsədi daşıyır. Bakının yeni müəyyən edilmiş Mərkəzi Planlaşdırma Rayonunda tarixi binaların qorunması, mövcud və gələcək tikililər (Port Baku kimi) arasında məntiqli əlaqələndirmənin (piyada, açıq məkanlardan ibarət dəhlizlər) qurulması üzrə müvafiq tənzimləmələr tətbiq olunacaq və bu, şəhərin tarixi simasını qorumağa imkan verəcək.
Çoxfunksiyalı əyləncə, konfrans və sərgi infrastrukturu
Bakı şəhərinin Baş Planının çoxmərkəzli inkişaf yanaşması çərçivəsində müəyyən edilmiş regional şəhər mərkəzləri və alt-mərkəzlərin hər biri üçün yeni funksiyalar müəyyən ediləcək. Binəqədi alt mərkəzinin ərazisində yerləşən Böyükşor gölü yaxınlığında yüksək səviyyəli obyektlərin inşası üçün imkanlar var və bu, Mərkəzi Bakının yaxınlığında yerləşən bu əraziyə mühüm iqtisadi təkan verə bilər. Gölün sahilyanı ərazilərində aşağıdakı yeni inkişaf təşəbbüslərinin həyata keçirilməsi planlaşdırılır:
• Əyləncə parkı
Yüksək beynəlxalq standartlara cavab verən bu əyləncə parkı Bakı üçün əsas turistik təyinatlardan birinə və yerli, milli və beynəlxalq turizm baxımından əsas cəlbedici amilə çevriləcəkdir. Gölün ətrafındakı əlverişli mühit ərazidə otel, restoran və əyləncə parkının inkişafı üçün mükəmməl fon təmin edəcəkdir.
• Konfrans və sərgi mərkəzi
İşgüzar mühitlə rekreasiya ərazilərinin bir məkanda vəhdəti gələcəkdə beynəlxalq tədbirlər, konvensiyalar və konfransların Bakıya cəlb edilməsi baxımından mühüm rol oynayır. İşgüzar ərazilərin yaxınlığında otel və istirahət məkanları əyləncə parkının ziyarətçiləri tərəfindən istifadə ediləcək və bu, həmçinin ictimai iaşə obyektlərinin fəaliyyətini iqtisadi cəhətdən daha səmərəli edəcək. Mehmanxanalarda geniş miqyaslı işgüzar görüşlər keçirmək üçün konfrans və konvensiya mərkəzləri yaradılacaq.
• Tibbi və idman turizmi
Böyük idman yarışlarına və müxtəlif idman görüşlərinə ev sahibliyi edən Bakı artıq beynəlxalq idman aləmində yaxşı tanınır. Şəhərdə dünya səviyyəli stadionlar, qapalı və açıq idman təsisatları, habelə idmançılar üçün Olimpiya kəndi fəaliyyət göstərir. Bakı şəhərinin Baş Planı çərçivəsində inkişaf edən tibbi turizm imkanları ilə idman təsisatlarının istifadəsi bir qəbul olunur. Tibbi müalicə əsasən Bakının bütöv və sağlam mühiti daxilində idman və digər fiziki zədələrin bərpasına yönəldiləcəkdir. Beynəlxalq tibbi turizmi Bakıya cəlb etmək üçün xəstəxanalar özəl tibb müəssisələri kimi fəaliyyət göstərəcəkdir. Həm beynəlxalq tibbi turizm, həm də idman turizmi üçün yüksək səviyyəli qonaqlama yerlərinin (otellər, xidmət olunan mənzillər) təmin edilməsi tələb olunacaq. Cəlbedici açıq məkanlar və Bakının şəhər mərkəzinə yaxınlıq ərazini bütün ziyarətçilər üçün fərqli məkana çevirir. Abşeron Milli Parkında açıq havada istirahət (velosiped sürmə, qaçış) imkanları, Qobustan Milli Parkında isə piyada gəzinti və dağa dırmanma üçün yaradılacaq imkanlar yerli sakinlərin də yeni istirahət imkanlarından istifadə etməsinə imkan yaradacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
1 gün əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
1 gün əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
1 gün əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)








.jpg)





