Ötən il Fransada rekord sayda şirkət müflis olub
2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri ən yüksək göstəricidir.
Marja.az xəbər verir ki, bu barədə cümə günü Fransa Bankının saytında dərc edilmiş hesabatda deyilir.
Müflis olan şirkətlərin 55 435-i 250 nəfərə qədər işçi heyəti olan kiçik və orta müəssisələrdir. Eyni zamanda, ötən il bağlanan 250-dən çox işçisi olan orta və iri şirkətlərin sayı 57-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
Mənfi tendensiya daha çox restoran və mehmanxana biznesində (2022-ci illə müqayisədə +44,6%) və informasiya-kommunikasiya texnologiyaları sahəsində (+44,4%) nəzərə çarpır. Daşınmaz əmlak sektorunda (+40,4%) və tikintidə (+38,7%) şirkətlərin sayı da əhəmiyyətli dərəcədə azalıb. Yalnız kənd təsərrüfatı sektorunda vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşması müşahidə olunur (-1,3%).
"Le Monde" qəzeti qeyd edir ki, biznes vergilər, sosial ödənişlər və banklara olan borcların yığılmasından əziyyət çəkir. "Altares" konsaltinq şirkətinin məlumatına görə, müəssisələrin yalnız yarısı borclarını vaxtında qaytarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)














.jpg)



