Naxçıvanda “Dövlət satınalmaları haqqında” yeni Qanununun tətbiqi ilə bağlı təlim keçirilib
Dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri və digər əlaqədar mövzular barədə təlim iştirakçılarına məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqinə dair Naxçıvan Muxtar Respublikasının dövlət satınalan təşkilatlarının aidiyyəti mütəxəsissləri üçün təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Muxtar Respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, qanunun dəyişməsi və tam elektron satınalma mexanizmi müvafiq sahədə şəffaflığın və operativliyin daha da artırılmasına öz töhfəsini verəcək. Həmçinin cari ildən Naxçıvanda dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr və “etender.gov.az” portalında həyata keçirilən müsabiqələrin sahibkarlıq subyektlərinin fəal iştirakına zəmin yaratdığı vurğulanıb.
Təlimdə satınalma sahəsində Qanunla nəzərdə tutulan yeniliklər, onun üstünlükləri və nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində dövlət satınalmalarının planlaşdırılması, təşkili və metodları, əsas prinsipləri, təkliflərin qiymətləndirilməsi və digər əlaqədar mövzular ətrafında müzakirələr baş tutub, iştirakçılara zəruri izahlar verilib.
Qeyd edək ki, 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Muxtar Respublikada dövlət satınalmalarında iştirak edən tərəflərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə iki təlim keçirilib. Təlimlərdə ümumilikdə, 90-dan çox müəssisə və təşkilat iştirak edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 10 saat əvvəl
-
14 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
16 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
16 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
17 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 17 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
