Ən böyük kriptovalyuta birjası şirkətinin rəbəri istefa verib - 4,3 MİLYARD DOLLAR ÖDƏNİLƏCƏK
Binance-ın Baş direktoru Changpeng Zhao ABŞ-da irəli sürülən şantaj və fırıldaqçılıq ittihamlarını qəbul edib və istefa verib. Məlumata görə, Binance 4,3 milyard dollar ödəyəcək.ABŞ hökuməti dünyanın ən böyük kriptovalyuta birjası şirkəti olan Binance-ın baş direktoru Changpeng Zhao, saxta pul köçürmələri və bank fırıldaqları ittihamlarını etiraf etdikdən sonra istefa verib.
Marja xəbər verir ki, ABŞ hökuməti Binance-ın çirkli pulların yuyulması, bank sirri və və sanksiya qanunlarını pozduğuna görə ümumilikdə 4,3 milyard dollar təzminat ödəyəcəyini açıqlayıb.
Açıqlamada, Binance-nin qeyri-qanuni pul köçürmələri və təhlükəsizlik qanunlarına əməl etməyərək bir sıra qeyri-qanuni fəaliyyətlərin birja platformasında sərbəst ticarət etməsinə icazə verdiyi bildirilib.
ABŞ Baş Prokuroru Merrik Qarland Binance-ın fırıldaqları törətdiyini və Binance-ın indiyə qədər tətbiq edilən ən böyük cəzalardan biri olan 4,3 milyard dollar ödəməli olduğunu deyib.
Binance-ın süni ticarət həcmi yaratdığı, müştərilərin vəsaitlərini icazəsiz istifadə etdiyi də aşkar olunub.
Çin əsilli və 12 yaşında Kanadaya mühacirət edən Binance-ın Baş direktoru Zhao istefa verməyə və 50 milyon dollar ödəməyə razı olub.
Zhao 2017-ci ildə Binance-ı qurub və onu qlobal kriptovalyuta bazarının aparıcı mərkəzinə çevirib. Şirkət ABŞ-da aparılan araşdırmalardan çətinlik çəkdiyi üçün bu il bəzi işçilərini işdən çıxarıb.
Razılaşma Zhaoya Binance-da bəzi səhmləri saxlamağa imkan verəcək, lakin o, şirkətdə icraçı vəzifəni üzərinə götürə bilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























