Azərbaycan və Çin arasında turist axınının artırılması üçün ANLAŞMA
. AZAL, Azərbaycan Turizm Bürosu və “China Tourism Group” anlaşıb. Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.Noyabrın 15-də Çin Xalq Respublikasının Pekin şəhərində Azərbaycanın milli aviadaşıyıcısı AZAL, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib, imzalanma mərasimində AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, “China Tourism Group”un baş direktorunun müavini Van Çençen və digər rəsmi şəxslər iştirak ediblər.
Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.
“Bu təşəbbüs Azərbaycan və Çin arasında turizmin inkişafı və turist axınının artırılmasına töhfə verəcək. AZAL müasir təyyarə parkına malik dünyanın sürətlə inkişaf edən aviadaşıyıcılarından biridir və marşrut şəbəkəsini daima genişləndirməkdədir. Belə ki, aviaşirkət dekabr ayından etibarən Çinin paytaxtı Pekinə uçuşlar həyata keçirməyi planlaşdırır. Bundan əlavə, AZAL gələcəkdə Çin istiqamətlərini inkişaf etdirməyə hədəflənib”, — deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Çinin getmə turizmi üzrə geniş potensialının mövcudluğunu qeyd edib. İmzalanmış memorandumun Azərbaycana səfər edən Çin vətəndaşlarının sayının daha da artmasına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Florian Zenqstşmid 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Çindən Azərbaycana səfər edən ziyarətçilərin sayının 20 469 nəfər olduğunu, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 7 dəfədən çox artım sayıldığını bildirib. O, bu rəqəmlərin çinli səyahətçilərin Azərbaycana xüsusi marağının göstəricisi olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 d. əvvəl
-
-
20 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
45 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti


























