Bayden: Dünya bazarlarında neftin həcmi onun İrandan alışını azaltmağa imkan verir
ABŞ prezidenti vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.ABŞ administrasiyası hesab edir ki, dünya bazarlarında neft tədarükünün həcmi hələ də digər ölkələrə İrandan alışını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
Marja xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin imzaladığı və Ağ Evin mətbuat xidməti tərəfindən yayılan sənəddə deyilir.
Sənəddən belə çıxır ki, Amerika lideri qlobal iqtisadiyyatdakı vəziyyətlə bağlı ona verilən məlumatı hərtərəfli öyrənərək belə nəticəyə gəlib ki, bazarlarda başqa ölkələrdən təmin edilən kifayət qədər neft və neft məhsulları var və bu da İranın ixrac etdiyi həcmi üstələyir. Belə bir vəziyyət İrandan yanacaq alışının həcmini xeyli azaltmağa imkan verir.
Bayden "bu vəziyyəti yaxından izləməyə davam edəcəyini" bildirib. Sənəd ABŞ dövlət katibi Entoni Blinken, maliyyə naziri Canet Yellen və energetika naziri Cennifer Qranholma göndərilib.
Vaşinqtonun sanksiya rejimi 2012-ci ildən bəri prezidentdən tələb edir ki, Birləşmiş Ştatlar digər ölkələrin İran neftini almaqdan tamamilə imtina etməyə davam etməli olub-olmaması və ya qlobal enerji bazarındakı vəziyyətə görə bir istisnaya yol verilə bilərmi sualını mütəmadi olaraq nəzərdən keçirsin. Donald Trampın başçılıq etdiyi əvvəlki ABŞ hökuməti İranın neft ixracını və Tehranın ondan əldə etdiyi valyuta gəlirlərini sıfıra endirməyə çalışan siyasət yürüdürdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























