Kakaonun qiymətləri son 45 ilin ən yüksək səviyyəsinə çatıb
Nyu-Yorkda kakao qiymətləri 1978-ci ildən bəri ən yüksək səviyyəyə çataraq tonu 4 min dolları keçib.
Kakao qiymətləri Qərbi Afrikadakı zəif istehsal proqnozu ilə əlaqədar olaraq Nyu Yorkda 1978-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Marja.az xəbər verir ki, kakao fyuçersləri 45 ildə ilk dəfə tonu 4000 dolları ötüb. Bu il qiymətlər 50 faizdən çox artıb.
Ən böyük kakao istehsalçıları olan Fil Dişi Sahili və Qanada məhsul yığımına başlanması ötən mövsümdən geri qalır və bu, kakaoda tədarük çatışmazlığı ilə bağlı narahatlıqları artırır.
"Bazar 2023/24 mövsümü üçün tədarük kəsirinin qarşısını almaq üçün istehsalın kifayət qədər bərpa olunacağına əmin görünmür", - analitiklər bildirir.
Əhəmiyyətli kakao istehsalı bölgələrinə mənfi təsir edən "El Nino" qasırğası səbəbiylə təchizat tərəfindəki mənfi vəziyyətin bir müddət təsirli olmağa davam edə biləcəyi gözlənilir. Analitiklər bunun ardıcıl üçüncü dövr tədarük çatışmazlığına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Kakao qiymətlərinin artması iaşə sektorunda da qiymətlərə təsir edir.
"Oreo" məhsullarının istehsalçısı "Mondelez International Inc." gələn il bəzi məhsulların qiymətlərini artıracağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat sonra
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
7 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
9 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
10 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
10 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
