"2024-cü ildə neftin qiyməti 120 dollar olacaq" - Fitch-dən xəbərdarlıq
Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, Yaxın Şərqdəki gərginliyin səbəb ola biləcəyi neft tədarükündəki fasilələrə görə 2024-cü il üçün neftin qiyməti proqnozunu 120 dollar/barel səviyyəsinə qaldırb. Həmçinin Fitch, gözləniləndən yüksək neft qiymətlərinin aşağı iqtisadi artıma və yüksək inflyasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings"in sentyabr ayında açıqladığı Qlobal İqtisadi Proqnozlar hesabatında neft qiymətlərinin 2024 və 2025-ci illərdə müvafiq olaraq orta hesabla 75 və 70 dollar olacağı proqnozlaşdırılırdı.
Marja.az xəbər verir ki, bu gün Agentlik dərc etdiyi hesabatında Yaxın Şərqdəki geosiyasi gərginliyi nəzərə alaraq 2024-2025-ci illər ərzində yüksək neft qiymətlərinin iqtisadi artım və inflyasiyaya təsirini araşdırıb.
Bu kontekstdə “Fitch Ratings” geosiyasi gərginlik ilə yarana biləcək tədarük məhdudiyyətləri səbəbindən neftin qiymətinin 2024-cü ildə orta hesabla 120 dollar/barelə yüksələcəyini və bu rəqəmin 2025-ci ildə 100 dollar olacağını proqnozlaşdırır.
Neft qiymətlərinin gözləniləndən yüksək olması səbəbindən qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 2024-cü ildə 0,4 faiz, 2025-ci ildə isə 0,1 faiz daha aşağı ola biləcəyi təxmin edilir. Yüksək neft qiymətlərinin inflyasiyanın da yüksəlməsinəsəbəb olacağı nəzərdə tutulur.
“Gələn il qlobal iqitsadi artımın daha aşağı olmasıehtimalı var”
Yaxın Şərqdəki gərginliklə əlaqəli yüksək neft qiymətlərinin daha sərt pul siyasətinə, biznes və istehlakçıların inamının azalmasına, maliyyə bazarlarında düzəlişlərə səbəb olacağı proqnozlaşdırılır.
Səhm qiymətlərindəki 10 faizə qədər geriləmənin qlobal ÜDM-in gələn il 0,6 faiz, ABŞ, Yaponiya, Avrozona və Böyük Britaniyada isə 0,5-0,9 faiz daha aşağı olmasına səbəb ola biləcəyi təxmin edilir.
İsrail-Fələstin münaqişəsi başlayan gün beynəlxalq bazarlarda Brent markalı neftin barel qiyməti 94 dollara qalxmışdı. Sonra qiymətlər düşümüş, bu gün Brent markalı neftin bir barel 81 dollar səviyyələrindən satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















