Energetika Nazirliyində Dünya Bankı ilə əməkdaşlığın inkişafı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov ilə Dünya Bankının enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormier arasında görüş olub.
Görüşdə Azərbaycanın təbii qaz və bərpa olunan enerji sahələrinin inkişafına dair siyasətinin hazırkı vəziyyəti və planları çərçivəsində Dünya Bankı ilə əməkdaşlığın inkişafı müzakirə edilib. Xüsusilə, Dünya Bankının apardığı təhlillər əsasında qaz tədarükünə tələbat və bu sahəyə investisiya cəlbinin perspektivi, eləcə də Azərbaycanın enerji keçidi istiqamətində fəaliyyəti və elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması hədəfinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Enerji təhlükəsizliyinin təminatında sabitlik aspektində diversifikasiya layihəsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib və bu xüsusda maliyyə institutları ilə əməkdaşlıq nəzərdən keçirilib. Həmçinin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində Dünya Bankı ilə birgə icra edilən layihələrdən danışılıb.
Bildirilib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım proqramının (AZTAF) Enerji Səmərəliliyi Komponenti üzrə Məsləhətçi Xidmətlərinin göstərilməsi”, “Azərbaycanın enerji sistemində bərpa olunan enerji güclərinin genişləndirməsinə dəstək” layihələri üzrə əməkdaşlıq edilir. Eyni zamanda qeyd edilib ki, 1862 MVt gücündə bərpa olunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanır.
Söhbət zamanı “Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma xətti” layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesində iştirak edən Dünya Bankı ilə “yaşıl enerji”nin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” və Naxçıvan üzərindən Türkiyə-Avropa xəttilə ötürülməsi, həmçinin digər potensial istiqamətlər üzrə də əməkdaşlıq imkanları dəyərləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım





























