Bazarda uranla əlaqəli şirkətlərin səhmlərinə maraq artıb - 100%-ƏDƏK BAHALAŞMA GÖZLƏNİLİR
2020-ci ilin sonundan bəri uranın qiymətində 125 faizə qədər sürətli artım qeydə alınıb. Hedc fond menecerləri də uranla əlaqəli şirkətlərin səhmlərinə maraqlarını artırırlar.Hedc fondu menecerləri əhəmiyyətli qiymət artımı gözlədikləri üçün uran səhmlərinin alışını davam etdirirlər.
Marja.az xəbər verir ki, Terra Capital, Segra Capital və Anaconda Invest, Energy Fuels Inc., Ur-Energy Inc. və NexGen Energy Ltd. kimi əsas hedcinq fondları uran şirkətlərinə sərmayə yatıran fondlar arasındadır.
Uran qiymətləri ilə bağlı proqnozlara görə, bu sahədəki şirkətlərin səhmlərində 50-100 faiz bahalaşma gözlənilir.
"Fukusima" şokunun bir çox ölkələrin nüvə enerjisindən asılılıqlarını yenidən nəzərdən keçirməsinə səbəb olmasından on ildən çox müddət sonra, nüvə enerjisi aşağı karbonlu gələcəyə keçidin əsas elementi kimi yenidən ortaya çıxıb. Bu vəziyyət uranın qiymətinin yüksəlməsinə səbəb olur. 2020-ci ilin sonundan etibarən qiymətlər 125 faiz artıb.
Beynəlxalq Enerji Agentliyi proqnozlaşdırır ki, dünyanın karbon qazı ilə bağlı öhdəliklərini yerinə yetirməsinə kömək etmək üçün əsrin ortalarına qədər qlobal nüvə potensialı 2020-ci il səviyyəsi ilə müqayisədə iki dəfə artmalı olacaq.
Bu məqsəd Avropa, Asiya və Afrikada nüvə reaktorlarına tələbatla dəstəklənir. Köhnə qurğuların istismar müddəti uzadılarkən, Çin nüvə enerjisi portfelini qurmağa davam edir. Bütün bunlar bu obyektlərin təchizatı üçün lazım olan urana tələbatı artırır.
Üstəlik, Avropa Rusiya qazından imtina etməyə çalışdıqca uranın cəlbediciliyi artır. Bununla belə, Rusiyanın dünyada çıxarıla bilən adi uran ehtiyatlarının təxminən 8 faizinə sahib olması Qərbin enerji təchizatında əhəmiyyətli risk faktoru kimi diqqəti çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















