"Orta qiymət 16 min dollardır. Müasir, təhlükəsiz, ekoloji avtomobil belə qiymətə ola bilməz"

"2023-cü ilin 9 ayında ölkəyə 67 min 453 minik avtomobili idxal olunmuşdur. Müşahidələr göstərir ki, hazırki templə ilin sonunda idxal olmuş avtomobillərinin sayı 2021-ci ilin səviyyəsinə, yəni 100 minə yaxınlaşa bilər".
Bunu Marja-ya Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Natiq Zərbəliyev bildirib.
Natiq Zərbəliyev qeyd edib ki, Azərbaycan idxal olunan avtomobillərin 85-90 faizi köhnədir:
"Belə sürətlə artan avtoparkın tərkibini araşdırsaq, təəssüflə qeyd etməliyik ki, yeni avtomobillərin sayı bu kütlədən 10-15 faiz təşkil edir. Bunu hesablamaq çox asandır: Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin 9 ayda idxal olunan minik avtomobillərin dəyəri 1 milyard 91 milyon dollar olub. Bu məbləği minik avtomobillərinin sayına bölsək görərik ki, onlardan hər birinin orta qiyməti 16 min dollardır. Tamamilə aydındır ki, müasir, təhlükəsiz, ekoloji avtomobil belə qiymətə ola bilməz".
AADA-nın sədri əlavə edib ki, "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilmiş hibrid avtomobillərin ƏDV-dən, elektromobillərin ƏDV və gömrük rüsumundan azad olunması, 10 ildən çox yaşı olan avtomobillərin idxalına qadağa kimi tədbirlər ölkə avtomobil parkının yenilənməsinə xidmət edir:
"Lakin hibrid və EV texnologiyaların bahalı olması səbəbindən bu avtomobillər hələ də əhalinin geniş kütlələri üçün əlçatan deyil. Ənənəvi yanacaqla işləyən müasir avtomobillərin sərfəli kredit şərtləri ilə satışı ölkəyə on minlərlərlə gətirilən və istismar üçün yararsız və təhlükəli avtomobillərə alternativ ola bilərdi. Təəssüf ki, bankların tətbiq etdiyi 40-50 faiz ilkin ödənişli avto-kredit sxemləri bu ümidləri alt-üst edir və nəticədə yollarımızda hərəkət edən avtomobillərin 80 faizindən çoxu 10, 20, 30 hətta 40 ilin köhnəlmiş texnologiyalarıdır. Qəribəsi odur ki, bu gün banklarımız əhaliyə zaminsiz 30 min, zaminlə 50 min manat istehlak kreditləri təklif edir, yəni kreditlə cehiz almaq, toy etmək avtomobil almaqdan asandır. Hərçənd, xüsusi ban nömrəsi daşıyan avtomobil ciddi uçotda olan əmlakdır, girov predmetidir və onu gizlətmək, qeyri qanuni satmaq, ölkədən çıxarmaq mümkünsüzdür".
Natiq Zərbəliyev əlavə edib ki, rəsmi avtomobil idxalçılarının təklifləri toplanıb və xüsusi işçi qrupunun yaradılması qərara alınıb. İşçi qrupu avto-kredit şərtlərinin yeni avtomobillərin satış həcmlərinə, büdcəyə ödənilən vergilərə, ölkə avtomobil parkının cavanlaşmasına, bank və sığorta sektorunun inkişafına, ümumi ekoloji duruma, yollarda hərəkətin təhlükəsizliyinə təsirini araşdıracaq Azərbaycan Respublikasının Mərkəzi Bankına və müvafiq dövlət qurumlarına təkliflər paketi hazırlayacaq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
1 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
-
1 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
-
4 saat əvvəl
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Son Xəbərlər

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır
