Kolbasa istehsal edən Azərbaycan şirkəti beynəlxalq Halallıq Sertifikatı ilə təltif edildi
"SAB" daha bir uğura imza atıb. "SAB" məhsulları Halallıq standartlarına uyğun olduğuna görə beynəlxalq Halallıq Sertifikatı ilə təltif edilib.Bildiyiniz kimi, hazırda Azərbaycanın ət və ət məhsulları bazarında müxtəlif adda və çeşiddə kolbasa və sosislər istehsal olunur. Son zamanlar isə kolbasa və sosislərin halal olub-olmaması ilə bağlı müxtəlif ziddiyyətli fikirlər ölkə gündəmində səsləndirilir. Belə ki, halal kolbasa və sosislərin hazırlanması zamanı lazım olan ətin haradan gətirilməsi, Azərbaycanda bu standartlara uyğun fəaliyyət göstərən şirkətlərin olub-olmaması əhali arasında müəyyən mənada şübhə və çaşqınlıq yaradır.
"Zəhmət-Ruzi" MMC-nin (SAB) Baş İcraçı Direktoru Elnur Badalov Marja.az-a bildirib ki, hələ 1998-ci ildə fəaliyyətə başlayan və ölkəmizdə ət və ət məhsulları sektorunun lider şirkəti kimi sağlamlıq, halallıq, dad və yenilik qaynağına çevrilən "SAB" (Zəhmət-Ruzi MMC) Azərbaycanda ilk dəfə halal ət məhsulları istehsal etməyə başlayan qida şirkəti olmuşdur.
"Xüsusilə də qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanda ilk dəfə olaraq, islamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlandığına görə "SAB" ticarət nişanlı məhsulların keyfiyyətinə təminat vermişdir. Qeyd edək ki, müasir texnoloji inkişafa uyğun olaraq gigiyenik, keyfiyyətli və dadlı məhsullar istehsal edən "SAB" məhz, keyfiyyət meyarlarına və halal kəsim standartlarına cavab verən dana və toyuq ətindən istifadə edir. İstehsalında istifadə olunan bütün ət növlərini baytar həkimlərin nəzarəti altında halal kəsim sertifikatı ilə şirkətin gigiyenik, müasir, o cümlədən islam qaydalarına uyğun olan kəsimxanalarından təmin edir".
Elnur Badalov əlavə edib ki, Azərbaycanda təhlükəsiz qida sahəsində "Platinium" nişanına layiq görülmüş "SAB" daha bir uğura imza atıb. Belə ki, məhz Beynəlxalq Birləşmiş Halallığı Yoxlama Testlərinin Qiymətləndirmə Mərkəzi (UHİTAC) tərəfindən "SAB" məhsullarının Halallıq standartlarına uyğun olması və İslam qaydalarının bütün tələblərinə cavab verməsi ilə əlaqədar beynəlxalq Halallıq Sertifikatı ilə təltif edilib:
"UHITAC heç bir maraq və ya gözlənti olmadan beynəlxalq standartlara uyğun müstəqil, qərəzsiz qlobal halal sertifikatlaşdırma mərkəzidir və İslam Palatasının Araşdırma və İnformasiya Mərkəzinin rəsmi nümayəndəsidir. 2008-ci ildən milli və beynəlxalq arenada fəaliyyət göstərən şirkət Türkiyə, Azərbaycan, Kipr və bəzi Balkan ölkələrindəki şirkətlərin məhsullarının halallıq yoxlamalarını həyata keçirir və eyni zamanda sertifikatlaşdırır. Əlavə olaraq da qeyd edək ki, "SAB"eyni zamanda milli Halallıq sertifikatı ilə də təltif edilmişdir. Azərbaycanda ilk halal məhsulların və xidmətlərin sertifikatlaşdırma xidmətini göstərən Halal Kontrol Qrup mərkəzi "SAB"da beynalxalq halal qida standartlarına uyğun sistemlərin qurulması, halal qida qatqılarından istifadə edilməsi, habelə halal xammaldan istifadə edilməsi ilə bağlı yoxlamalar həyata keçirdikdən sonra seçilmiş məhsulların halallığının isbatı olaraq Halallıq Sertifikatı təqdim edilmişdir.
Halallıq və təbii dad istehlakçılara təqdim etdiyimiz əsas dəyərlərimizdir. Biz bu dəyərlərə uyğun istehsal edirik və istehlakçılarımıza təqdim edirik.
Biz xammalın keyfiyyətindən tutmuş gigiyenaya, ekoloji-təmizliyindən dadına kimi istehsalın bütün mərhələlərində böyük diqqətlə işləyirik.
Nəticə etibarı ilə biz istehlakçılara ekoloji-təmiz, sağlam, təbii və halal ləzzətlər təqdim etməkdən çox məmnunuq. Hər gün böyüyən istehsal və satış şəbəkəmizlə istehlakçılara sağlam, halal və təbii məhsullar təqdim etmək üçün yeni və sürətli yollar axtarırıq”
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
20 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 20 saat əvvəl
-
20 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
20 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)










