Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

EBRD Azərbaycanda “yaşıl enerji”nin şəbəkəyə inteqrasiyasına kredit verə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
EBRD Azərbaycanda “yaşıl enerji”nin şəbəkəyə inteqrasiyasına kredit verə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası ilə bağlı layihələrə kredit ayırmağı planlaşdırır.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə müzakirələr energetika nazirinin müavini Elnur Soltanov EBRD-nin Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Bildirilir ki, görüş zamanı nazir müavini EBRD ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib.

Qeyd edilib ki, hazırda davam edən “Bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi” layihəsinin “yaşıl enerji”dən istifadənin genişləndirilməsi kontekstində əhəmiyyəti vurğulanıb. İnteqrasiya ilə əlaqədar aparılan təhlillərdən bəhs edilib və müəyyən konkret layihələrə kredit ayrılması məsələsi müzakirə olunub.

05.10.2023 15:49

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18