“Revival P” minatəmizləmə maşını QDF tərəfindən ANAMA-ya təqdim olunub
Xəbər verildiyi kimi, 26 Avqust tarixində sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex İndustries” (Azərbaycan) şirkətinin istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.
Sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, QDF-in Müşahidə Şurasının üzvü Rövşən Rzayev, Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin Cənubi Qafqazda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlamasına şərait yaratdığını qeyd edib.
Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev QDF-in donor və tərəfdaşları ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb. Rəhman Hacıyev “Revival P” minatəmizləmə maşınının Laçın şəhəri günündə QDF-ə ianə edilməsinin xüsusilə əlamətdar bir hadisə olduğunu vurğulayıb.
İdarə Heyətinin sədri əminliklə bildirib ki, QDF-ə ianə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək.
R.Hacıyev Fonda minatəmizləmə maşınının ianə edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək bunu təqdirəlayiq və örnək addım adlandırıb.
İşğaldan azad edilən ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına məlumat verən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, qısa zaman ərzində “Made in Azerbaijan” brendi altında istehsal olunan yerli minatəmizləmə maşınlarının həm yerli, həm də beynəlxalq auditoriyaya təqdim edilməsinin qürurverici olduğunu qeyd edib.
Sədr bildirib ki, beynəlxalq standartlara cavab verən “Revival P” mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən sınaqdan keçirilib və nəticələr yüksək qiymətləndirilib. Azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsində Agentliyin insan resurlarının genişləndirilməsi ilə yanaşı, mexaniki minatəmizləmə maşınlarının sayının artırılmasının da vacibliyini vurğulayıb.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş olunub.
Daha sonra “Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib.
Sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.
Xatırladaq ki, daha öncə də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.
Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat sonra
-
-
11 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
12 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















