Azərbaycanda illik inflyasiya 10 faizdən də aşağı düşdü
Azərbaycanda illik inflyasiyanın sürəti iyundakı 10,6 faizdən, iyulda 9.4 faizə yavaşlayıb.2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 11 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.
Marja.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz azalıb, əvvəlki ilin iyul ayına nisbətən 9,4 faiz artıb. Xatırladaq ki, 2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz azalmış, əvvəlki ilin iyun ayına nisbətən 10,6 faiz artmışdı.
2023-cü ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz azalıb, əvvəlki ilin iyul ayına nisbətən 9,7 faiz yüksəlib.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, bahalaşma isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2023-cü ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin iyul ayına nisbətən 8,8 faiz artıb.
2023-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 9,6 faiz yüksəlib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
19 d. əvvəl
Unibank 2025-ci ili necə başa vurub? - BANKIN SON VƏZİYYƏTİ MƏLUM OLDU
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
- 1 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
Ən çox oxunanlar
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Tramp: “İranlı vətənpərvərlər, etirazlarınıza davam edin, dövlət qurumlarını ələ keçirin. Kömək yoldadır”
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub




















