İstanbul Aydın Universitetinin professoru Yüksək Texnologiyalar Parkının qonağı olub
Avqustun 8-də AR Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) İstanbul Aydın Universitetinin Magistratura Təhsili İnstitutunun direktoru, professor Ragıp Kutay Karaca ilə görüş keçirilib.
Görüşdə YTP-nin baş direktoru Vasif Abbasov və bir sıra aidiyyəti şəxslər iştirak ediblər.
Öncə prof. R. K. Karacaya texnoparkın əsas fəaliyyət istiqamətləri, istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması ilə innovativ sahibkarlığın formalaşmasına dəstək verən YTP Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əməkdaşlıq edir.
Daha sonra qonaq YTP-nin ərazisi, texnoparkın rezidentlərinin istehsal sahələri ilə yaxından tanış olub, alimə istehsal olunan innovativ texnoloji məhsulların imkanları barədə ətraflı məlumat verilib.
Professor R. K. Karaca texnoparkın rezidenti Təcrübə-Sənaye Zavodunda dünya standartlarına tam cavab verən yerli baza yağları əsasında mühərrik yağlarının istehsalı prosesi ilə də yaxından tanış olub. O, bundan başqa, Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işlərinə baxış keçirib. Qeyd olunub ki, Milli Akkreditasiyadan keçmiş, müasir tələblərə cavab verən 4 laboratoriyadan ibarət bu Mərkəz ən yeni texnoloji avadanlıqlarla təchiz olunub.
Qonaq YTP-də yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib.
Görüşdə YTP ilə Aydın Universitetinin Teknoloji İnkişaf Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanmasına dair razılığa gəlinib. Bu sənəd çərçivəsində hər iki qurumun imkanlarından birgə istifadə, o cümlədən Avropa Birliyi və digər layihə proqramlarında birgə fəaliyyət həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





.jpg)
