Havaların yağıntılı keçməsi çayçılıqda məhsuldarlığa müsbət təsir göstərib
Cənub bölgəsində ənənəvi əkin sahələrindən olan çayçılıqda üçüncü yığım davam edir. Çayçılıq üzrə ixtisaslaşan rayonlarımızdan biri də Astaradır. Hazırda 231,5 hektar çay sahəsi olan Astarada iyul ayına qədər 320 ton məhsul yığılıb. Təsərrüfatçılar bildirirlər ki, çay yığımı sentyabr ayına kimi davam edəcək.
Astarada kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən olan çayçılığın inkişaf etdirilməsi “Azərbaycan Respublikasında 2018-2027-ci illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nda da prioritet məsələ kimi qarşıya məqsəd qoyulub. Artıq bir neçə gündür ki, Astaranın çay plantasiyalarında üçüncü çay yığımı həyata keçirilir. Plantasiyalarda üçüncü çay yığımı kampaniyasına iyulun əvvəlində başlanılıb.
Qeyd edək ki, çay, əsasən, Astaranın Şüvi və Kijəbə kəndləri ərazisində əkilir. Təsərrüfat sahiblərinin dediklərinə görə, bu il havaların yağıntılı keçməsi məhsuldarlığa da müsbət təsir göstərib.
Deqədi kəndində çayçılıq təsərrüfatında çalışan Natiq Qasımov bildirir ki, buradakı çay plantasiyası 1970-ci ildə salınıb. Əvvəllər baxımsız qalmışdı. Lakin sonradan dövlət dəstəyi ilə bu ərazilər yenidən dirçəldildi: “Sahələrə yaxşı qulluq olunur, gübrəsi vaxtında verilir. Ona görə də məhsuldarlıq yaxşıdır. Hazırda ərazidə 20-30 işçi işləyir. İldə 3-4 dəfə məhsul yığılır. Nə qədər yaxşı qulluq eləsən, o qədər çox məhsul olacaq. Aprel-may aylarında havanın qeyri-sabit, əsasən yağıntılı keçməsi çay yığımını 15-20 gün gecikdirsə də, kolların inkişafına müsbət təsir etdi. Həm də Deqədi kəndi dağ ətəyində yerləşdiyinə görə məhsuldarlıq yaxşıdır”.
Ötən il çay yığımının birinci mərhələsində 18 ton çay yığılmışdısa, bu il 26 ton çay yığılıb. Mütəxəssislər deyirlər ki, bu il 50 ton məhsul yığımı gözlənilir.
Briqadir Ağamməd Məlikovla söhbət edirik. Bildirir ki, bu il daha çay yarpağı yığılacaq. Bunun əsas səbəblərindən biri nəmişliklə əlaqədardır. “Yəqin ki, ilin sonuna qədər 50 ton məhsul yığılacaq. Suvarmada da problem yoxdur, bütün xətlərimiz təmir edilib, su ilə vaxtlı-vaxtında təmin olunuruq”, - deyə A.Məlikov söyləyir.
Çay plantasiyasında təcrübəli çayçıların sayı heç də az deyil. Belə işçilərdən biri də Solmaz Qasımovadır. O, 9-10 ildir ki, bu təsərrüfatda işləyir: “Ümumiyyətlə, 25 ildir bu sahədəyəm. Pul qazanırıq. Mayda yağışa görə yığım bir az çox idi, gündə 100 kiloqram yığırdıq. Bu da 60 manat edirdi. İndi 30-50 kiloqramadək yığa bilirik”.
Qeyd edək ki, çay ildə 3-4 dəfə məhsul verir. Bu il may ayının yığımı havanın yağmurlu keçməsinə görə daha məhsuldar olub. Hava əlverişli keçərsə, bundan sonra hələ bir çay yığımı da olacaq. Bu yığım avqustun sonu - sentyabrın əvvəllərinə təsadüf edir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 38 d. əvvəl
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib



















