"İnflyasiya tempi azalır, pik səviyyədən 4.1 faiz bəndi aşağıdır"
Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır."Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. May ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 11.5% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır".
Marja xəbər verir ki, bu, Mərkəzi bankın Faiz dəhlizinin parametrləri haqqında press-relizində bildirilir.
Qeyd edilib ki, illik ərzaq inflyasiyası 12.7%-ə enmişdir. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2.6% azalmışdır. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən mayda aylıq əsasda əmtəə qiymətləri 8.6%, o cümlədən enerji qiymətləri 11.3%, qeyri-enerji qiymətləri 3.6% azalmışdır. Tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olmuşdur. 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələmişdir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olmuşdur. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənmişdir. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir.
Qeyd edilib ki, inflyasiya amilləri balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik baş verməsə də, strukturunda yerdəyişmələr olmuşdur. İnflyasiyanın xarici mühitinin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi başlıca risk mənbələri kimi qiymətləndirilə bilər. 2023-cü ilin 5 ayında əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14.7% artmışdır. Qlobal maliyyə sisteminin sabitliyinin pozulması, bir sıra inkişaf etmiş ölkələrdə resessiya təhlükəsinin mövcudluğu və geosiyasi gərginlik müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır. İdxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8.3% olacağı proqnozu dəyişməz qalır. Bununla belə son aylarda xarici inflyasiya təzyiqlərinin zəifləməsi, eləcə də ötən ildən bəri qəbul edilən pul siyasəti və makroprudensial siyasət qərarlarının təsiri ilin qalan dövründə inflyasiya proqnozunun azaldılmasına şərait yaradır.
Həmçinin oxu
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladıMüştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 9 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq






















