Rabitəbank uşaq evini ziyarət etdi
(®) Rabitəbank bankın yaranmasının 30 illiyi və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsiləli şəkildə keçirdiyi sosial layihələri davam etdirir.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank rəhbərliyi və əməkdaşları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-nin nümayəndəsi ilə birlikdə Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 66A ünvanında yerləşən 1 nömrəli Uşaq Evi-ni ziyarət edib.
Sözügedən uşaq evində 70-dən çox azyaşlı və məktəbli uşaqlar qalır. Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük maraqla qarşıladılar. Rabitəbank-ın əməkdaşları tərəfindən təqdim edilən məktəb ləvazimatları və film izləmək üçün xüsusi proyektor cihazı uşaqların sevinc və həyəcanına səbəb oldu. Daha sonra uşaqlar qonaqlar üçün hazırladığı səhnəcikləri, rəqsləri oynayıb, şeir və mahnı oxudular.
Beləcə, bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi.
Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
1 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
-
5 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 6 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
10 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
11 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Ən çox oxunanlar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər






















