"1-ci turda seçilməyən, 2-ci tura qalan şəxs diktator ola bilər?!"
Prezident Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı "CNN İnternational"a müsahibəsində “İnanıram ki, gələn bazar günü keçiriləcək seçkilərdə xalqım güclü türk demokratiyasını göstərəcək. 90 faizə qədər güclü seçici fəallığı. Bu, çox yaxşıdır. "Bu, vacib bir fəallıqdır. Bu, dünyada heç bir seçkiyə bənzəmir. Ümid edirəm ki, bu seçkilərdən millətim bizi yanıltmayacaq". deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı "CNN İnternational"a müsahibə verib.
Marja xəbər verir ki. "CNN International"da Becky Andersonun suallarını cavablandıran Ərdoğan, seçki prosesindən tutmuş xarici siyasətə qədər bir çox mövzuda qiymətləndirmələr edib.
Ərdoğan, "Son 20 ildə hər seçkini rahatlıqla qazandınız, seçkilərdə rekordlar qırdınız. Türkiyə tarixində ilk dəfə seçki ikinci tura qaldı. Hazırda özünüzü nə qədər rahat hiss edirsiniz?" sualına isə "İnanıram ki, gələn bazar günü keçiriləcək seçkidə xalqım güclü türk demokratiyasını göstərəcək. 90 faizə qədər güclü seçici fəallığı - bu çox əhəmiyyətli bir iştirakdır" ifadələrdən istifadə edib.
"2-Cİ TURA QALAN NAMİZƏD DİKTATOR OLA BİLƏR?!"
ABŞ prezidenti Co Bayden seçki kampaniyasında onu "avtokrat" (siyasi hakimiyyəti tək başına idarə edən şəxs - red) adlandırmış, Ərdoğan da onu qınamışdı.
Prezident Ərdoğan, "Birinci turda seçilməyən, ikinci tura qalan şəxs diktator ola bilərmi? İndi reallıq budur: “Cumhur İttifakı" parlamentə 322 deputatla təmsil olunacaq, onun başında (İttifaqın - red) duran şəxs isə ikinci tura ən çox səs toplayan namizəd olaraq qatılır. Bu necə diktaturadır?!”,- deyib.
Prezident Ərdoğan, "Yenidən Prezident seçilsəniz, Bayden ilə çalışardınızmı?" sualına, "Baydenlə də çalışacam. Bayden dəyişsə, onu kim əvəz etsə, onunla da işləyəcəm" deyib.
Rəcəb Tayyib Ərdoğan, Sinan Oğanın ikinci turda həlledici olacağını bildirməsi barədə suala, “Mən bu şəkildə danışıqlar aparmağı sevən biri deyiləm” cavabını verib.
“FAİZ DƏRƏCƏLƏRİ NƏ QƏDƏR AŞAĞI OLARSA, İNFLYASİYA DA AŞAĞI OLAR”
Prezident Ərdoğan CNN telekanalına müsahibəsində faiz dərəcələrinin aşağı salınması qərarını müdafiə edərək, bunun artıq müsbət nəticələr verdiyini bildirib. Ərdoğan, faiz dərəcələri ilə inflyasiya arasında bir əlaqə olduğunu deyib: "Faiz dərəcələri nə qədər aşağı olarsa, inflyasiya da bir o qədər aşağı olar. Atdığımız addımların nəticəsini gördük”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 saat sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
3 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
5 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
6 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
6 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
