“Monte Ferro” şirkəti 1362 hektarda yeni intensiv fındıq bağları salıb
“Monte Ferro” şirkəti 2017-ci ildən bəri Şəki rayonu ərazisində, ümumilikdə, 1362 hektar sahədə yeni fındıq bağları salıb. Bu bağların 570 hektarı Bideyiz, 432 hektarı Biləcik, 360 hektarı isə İnçə kəndlərinin ərazisində yerləşir.
Şəki Şəhər İcra Hakimiyyətindən bölgə müxbirinə bildirilib ki, yeni salınan fındıq bağlarında əsasən “Ata-bala”, “Zaqatala-9” və digər yerli fındıq sortlardan istifadə edilir. Bu sortların tingləri Qax və Zaqatala rayonlarından əldə edilir. Şirkət 2023-cü ilin əkinində İtaliyadan gətirilmiş “Romana” və “Nokiana” fındıq sortlarının tinglərindən də istifadə edib. Yeni salınan bağlarda 6x5 əkin sxemindən istifadə edilib və bir hektara 320 ədəd ting əkilib.
Qeyd edək ki, şirkət tərəfindən müasir texnologiya əsasında salınan yeni fındıq bağları intensiv bağlardır. Bağlarda suvarma işlərinin aparılması üçün damla-suvarma sistemi quraşdırılaraq istifadəyə verilib. Suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni salınan bağların ərazisində 8 ədəd subartezian quyusu quraşdırılıb, 4 ədəd 10 min kubmetr su tutumu olan hovuz inşa edilib. Şirkətin yeni saldığı fındıq bağlarında elektrik xətlərinin çəkilməsi, yolların salınması və digər infrastrukturun yaradılması təmin olunub.
Hazırda müəssisə tərəfindən yeni icarəyə götürülən 960 hektar torpaq sahəsində hazırlıq işləri aparılır və qarşıdakı illərdə həmin sahələrdə intensiv fındıq bağlarının salınması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























