Bakı Fond Birjasında "Finca Azərbaycan" istiqrazları üçün “açılış zəngi” mərasimi
16 mart 2023-cü il tarixində Bakı Fond Birjasında "Finca Azərbaycan" QBKT MMC-nin kapital bazarlarında yeni istiqraz buraxılışını qeyd etmək məqsədi ilə ticarətə başlama zəngi mərasimi keçirilib.
Ümumi dəyəri 3 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Birjanın yaydığı məlumatyda bildirilir ki, ticarətə başlama mərasimində emitent tərəfindən "Finca Azərbaycan" QBKT MMC, birja üzvü tərəfindən AzFinance İnvestisiya Şirkəti və BFB-nin nümayəndələri iştirak ediblər.
BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, "Finca Azərbaycan" QBKT MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “açılış zəngi” çalınıb və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
36 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
59 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı

























