Ağdamda pambıqçı fermerlərə dəymiş zərərə görə sığorta ödənişləri edilib
Ölkə üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləği ödənilməsi nəzərdə tutulurAqrar Sığorta Fondu pambıq bitkisi üzrə fermerlərə zərər ödənişlərini davam etdirir. Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb.
Fondun yaydığı məlumatda bildirilir ki, Ağdam rayonunda keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə Fondun əməkdaşları tərəfindən ödənişlər təqdim edilib. Rayon üzrə pambıq sahələri dolu riskindən zərər çəkən 55 nəfər fermerə 76000 manata yaxın sığorta ödənişi verilib.
Qeyd edək ki, indiyədək Ağdam, Tərtər, Bərdə, İmişli, Goranboy rayonlarında pambıq sahələri dolu, sel, subasma və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər görmüş 60 fermerə 116 min manatdan çox zərər ödənişi olunub.
Ümumilikdə ölkə üzrə 106 pambıqçı fermerə 400 min manat sığorta məbləği ödənilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























