AZAL-ın uçuş heyətinin ümumi illik iclası baş tutub
Martın 1-i Azərbaycan milli aviadaşıyıcısının (AZAL) uçuş heyətinin ümumi illik iclası keçirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinini yaydığı məlumatda bildirilir ki, AZAL prezidenti Cahangir Əsgərov giriş nitqində yüksək peşəkarlıqlarına və mülki aviasiyanın inkişafına verdikləri dəyərli töhfələrə görə bütün uçuş heyətinə öz minnətdarlığını bildirib.
Cahangir Əsgərov qeyd edib ki, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin davamlı dəstəyi və qayğısı sayəsində mümkün olub.
Onun sözlərinə görə, həmçinin bütün aviatorların yüksək ixtisası və kollektiv əməyi sayəsində Azərbaycanın mülki aviasiyası etibarlı aviadaşıyıcı kimi qüsursuz nüfuzunu təsdiqləyərək regionda lider mövqe tutmaqda davam edir.
O, uçuşların təhlükəsizliyinin təmin edilməsinin Azərbaycanın milli aviadaşıyıcısının ən yüksək prioriteti olduğunu xüsusilə vurğulayıb. Ən son IOSA auditinin uğurla başa çatması uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə qorunub saxlanılmasını və aviaşirkətin fəaliyyətinin ən ciddi beynəlxalq tələblərə uyğunluğunu bir daha təsdiq etdi. Uçuşların təhlükəsizliyi və aviadaşımaların səmərəliliyi məsələlərinə böyük diqqət yetirən AZAL uçuşların təhlükəsizliyinin səviyyəsinin və sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verən qabaqcıl texnologiyaların və həllərin tətbiqi üzərində fəal işləyir.
“Təhlükəsizliyin yüksək səviyyədə qorunub saxlanılması və sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi AZAL-ın möhkəm və mehriban kollektivinin gündəlik əməyidir. Bu, texniki əməkdaşlardan tutmuş yerüstü və təyyarə göyərtəsində çalışan personala qədər - hər bir aviatorumuzun işidir”, - deyə Cahangir Əsgərov bildirib.
Onun sözlərinə görə, aviaşirkətin hər bir əməkdaşı çalışır ki, Azərbaycan aviaşirkətlərinin sərnişinləri təyyarədə özlərini rahat və təhlükəsiz hiss etsinlər, həmçinin aviasiya sənayesinin ən ciddi qaydalarına cavab verən yüksək səviyyəli xidmətlə təmin olunsunlar.
Cahangir Əsgərov qeyd edib ki, rəhbərlik uçuş heyəti ilə daimi əsasda məsələlərin birgə həllinə və əhəmiyyətli məqsədlərin həyata keçirilməsinə yönəlmiş konstruktiv dialoq aparır. Onun sözlərinə görə, AZAL-da əməkdaşlara öz potensiallarını nümayiş etdirməyə və aviaşirkətin ümumi məqsədlərinə nail olmaq üçün təcrübələrindən istifadə etməyə imkan verən şərait yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 16 d. əvvəl
-
43 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib

















