"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Tkinti bazarında qiymət indeksləri açıqlandı: Maya dəyəri 6,8 % artıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb.
Palatadan Marja.az-a verilən məlumata görə, Azərbaycan tikinti sektorunda maya dəyəri artımı sürətlənib.
2026-cı ilin aprel ayında tikinti xərcləri dekabr 2025-ci illə müqayisədə 6,8 % artıb. İndeks hesabat dövründə 106,8 bənd səviyyəsində formalaşıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materiallarında qeydə alınıb.
Palatanın hesablamalarına görə, tikinti materialları üzrə alt indeks 107,5, əmək qüvvəsi üzrə alt indeks 105,4, maşın-mexanizm üzrə alt indeks isə 103,8 təşkil edib. Ümumi xərc artımı orta hesabla 6,8 % olub. Ən yüksək qiymət artımı metal və beton məhsullarında müşahidə edilib, ən stabil seqment isə maşın-mexanizm xərcləri olub.
Hesabatda qeyd olunur ki, bazarda xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bu artımın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərcinin bahalaşması və tikinti sektorunda tələbin aktiv qalması göstərilir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Tikinti materialları arasında ən yüksək dinamika metal məhsullarında qeydə alınıb. Belə ki, metal məhsulları üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106,0, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.
Əmək bazarında da artım tendensiyası davam edib. Xüsusilə kafel-metlax, fasad və alçipan işləri üzrə xidmət haqlarında yüksəliş qeydə alınıb. Fasad işləri üzrə indeks 108,5, kafel və metlax işlərində 107,0, hörgü işlərində 105,2, şpaklyovka və suvaq işlərində 104,8, laminat və parket işlərində isə 103,9 olub. Palata hesab edir ki, tikinti sektorunda aktivliyin yüksəlməsi peşəkar usta xidmətlərinə tələbi artırıb və bu da əmək xərclərinə birbaşa təsir göstərib.
Maşın-mexanizm seqmentində isə qiymət artımı digər komponentlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Palatası bildirir ki, tikinti bazarında müşahidə olunan cari dinamika yeni tikililərin maya dəyərinin yüksəlməsini davam etdirir. Xüsusilə metal və beton məhsullarındakı bahalaşma daşınmaz əmlak sektorunda qiymət formalaşmasına birbaşa təsir edən əsas amillərdən biri olaraq qalır. Palatanın qənaətinə görə, tikinti xərclərindəki artımın yaxın aylarda da bazar qiymətlərinə təsirini davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) dövrü olaraq hər ay daşınmaz əmlak, avtomobil bazarı və tikinti indekslərini açırlayır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
10 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
12 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























