“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
(Birjalarda dollar diktə edir)InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftənin son ticarət gününün sonuna doğru FED-in inflyasiyanın göstəricisi kimi qiymətləndirdiyi Məşğulluq Xərcləri İndeksi ötən ilin son rübündə gözləniləndən 1% az artdığı açıqlanandan sonra investorların FED-in inflyasiya ilə mübarizə çərçivəsində aqressiv sərt monetar siyasətini yumşaldacağına dair gözləntilərini artıb. Bu isə öz növbəsində yüksələn dollar indeksinin 104.40 bənd səviyyəsində müqaviməylə qarşılaşaraq 103.60 bəndə qədər geriləməsinə səbəb oldu.
Nəticədə EUR/USD və GBP/USD məzənnələri 1.0600 və 1.1910 səviyyələrindən dəstək alaraq müvafiq olaraq 1.0690 və 1.2040 hədlərinə kimi bahalaşdı.
Bu həftə Amerikada açıqlanacaq ÜDM-in həcmi, həmçinin “FOMC”-un son toplantısının protokollarının dərci dolların dünya birjalarında major valyutalar qarşısında qiymətlərinin formalaşmasına ciddi təsir edə bilər.
Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.
EUR
Bu həftə Avrozonada və Almaniyada dərc olunacaq inflyasiya göstəriciləri EURUSD məzənnəsində trendin formalaşmasında həll edici roll oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.04$ hədlərinə qədər ucuzlaşa bilər.
GBP
Ötən həftəni 1.2040 hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq həm sənaye həm də xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri ciddi təsir edə bilər.
TRY
Türkiyədə baş verən zəlzələnin iqtisadiyyata təsirlərini dəyərləndirən analitiklərin Türkiyə iqtisadiyyatının 2% geriləyəcəyinə dair proqnozları fonunda lirə tarixi maksimumlarını yenilədi. Bu həftə həmçini Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı investorların diqqət mərkəzində olacaq.
GOLD
FED-in inflyasiyanın göstəricisi kimi qiymətləndirdiyi Məşğulluq Xərcləri İndeksi ötən ilin son rübündə gözləniləndən 1% az artdığı açıqlanması fonunda qızıl 1820$ həddindən dəstək alaraq 1840$-a kimi bahalaşdı. Lakin dollar indeksində qiymət 103.50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə və artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
36 d. əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
-
- 41 d. əvvəl
-
44 d. əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 56 d. əvvəl
-
56 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
1 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
1 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Ən çox oxunanlar
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
















