“AS Group” WUF13-də iştirak edib
(®) Şəhərlərin gələcəyi, inklüziv cəmiyyətlərin qurulması, iqlim dəyişiklikləri və sosial davamlılıq kimi mühüm mövzular ətrafında dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni bir araya gətirən WUF13 tədbirində “AS Group” da iştirak edib.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 çərçivəsində “AS Group” qlobal mənzil çağırışlarına öz layihələri və yanaşmaları ilə qoşulub. Şirkətlər Qrupu Forum çərçivəsində həm sərgidə iştirak edir, həm də keçirilən konfranslarda dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi layihələri təqdim edir, müasir şəhər mühitinin formalaşdırılması ilə bağlı yanaşmalarını bölüşür və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə edib.
“AS Group” sərgidə iki hissəli stendlə təmsil olunub. Stendin bir hissəsində şirkətlər qrupunun sosial, digər hissəsində isə kommersiya layihələri təqdim edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təməlini qoyduğu Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi sərgi iştirakçılarının xüsusilə diqqətini çəkib. Ziyarətçilərə məlumat verilib ki, “Ağıllı kənd” konsepsiyadan başlayaraq layihələndirmə, tikinti və tam təhvil verilmə mərhələsinədək “AS Group” şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC tərəfindən həyata keçirilib.
“Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması, sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması, informasiya texnologiyaları və innovativ həllərin tətbiqi, eləcə də mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik yaşayış məskənidir.
Sərgidə həmçinin Ağalı kəndinin alternativ enerji ilə təmin olunması məqsədilə quraşdırılan “Arximed” qurğusu da ağıllı həll nümunəsi kimi təqdim olunub.
Bundan əlavə, “AS Group” Füzuli rayonunda layihələndirdiyi Dövlətyarlı kəndi layihəsini, həmçinin “AS İstehsal Qarabağ” MMC-nin Ağdam Sənaye Parkında yerləşən Xırdaqəlibli Beton Məmulatları Zavodunda istehsal edilən beton məmulatlarını sərgiləyib.
Şirkətlər Qrupunun kommersiya layihələri sırasında isə Qazaxıstanın “BI Group” şirkəti ilə birgə Bakı şəhərində inşa edilən “4You Baku” yaşayış kompleksi təqdim olunub.
WUF 13 (World Urban Forum) çərçivəsində “Şəhər Dəyər Zəncirinin Tətbiqi: Azərbaycanda Ağıllı və Dayanıqlı Şəhər Layihələrinin Həyata Keçirilməsi” mövzusunda sessiya keçirilib.
Tədbirdə “AS Group”-un nümayəndəsi Mirzə Abdullayev təqdimatla iştirak edərək şirkətin həyata keçirdiyi “River City” layihəsi haqqında geniş məlumat təqdim edib. Təqdimat zamanı layihə çərçivəsində tətbiq edilən innovativ həllər, dayanıqlı şəhərsalma yanaşmaları və şəhər mühitinin inkişafına verilən töhfələr barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların və ekoloji yanaşmaların şəhər inkişaf prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, “AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və “HoReCa” sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasına da mühüm töhfələr verir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
8 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























