Baş nazirin müavini Naxçıvana gedib
Fevralın 9-da Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana gedib.
Səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya sahəsində görülmüş işləri, su tutarlarında yığılan suyun vəziyyəti, suvarma və içməli suya olan tələbatı yerindəcə öyrənib təhlil etmək, içməli və suvarma su təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Muxtar respublikanın təbii sərvətləri, su ehtiyatları, kənd təsərrüfatı, ekoloji potensialı barədə təhlil aparmaq, bu vacib sahələrin inkişafını yeni dövrün tələblərinə uyğunlaşdırmaq, iqtisadi səmərəliliyini yüksəltmək də prioritet vəzifələr sırasındadır.
Mütəxəssislər Bənəniyar Su Anbarı və kanalına, Nehrəm Su Anbarına, Batabat yaylasına (qar ehtiyatları üçün), Heydər Əliyev Su Anbarına, Şahbuz Şəhər Təmizləyici Qurğular Kopleksinə, Uzunoba Su Anbarına, Naxçıvan Şəhər Su Təmizləyici Qurğular Kompleksinə, Qaraçuq kanalına, Araz Su Anbarı üzərində “Qaraçuq-1” panton nasos stansiyasına, Arpaçay Su Anbarına, Arpaçay sağ sahil kanalına baxış keçirəcəklər.
Nümayəndə heyəti səfər çərçivəsində muxtar respublikanın rəsmi şəxsləri ilə də görüşərək mövcud vəziyyəti dəyərləndirəcək, görüləcək işləri müzakirə edəcəklər.
Qeyd edək ki, nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov və digər rəsmi şəxslər daxildir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 11 d. əvvəl
-
16 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)






