"GAC Azərbaycan" yeni Aion i60 modelinin qiymətini açıqladı
GAC Azərbaycan çoxdan gözlənilən yeni Aion i60 modelinin satış qiymətini rəsmi olaraq elan etdi. İndi nağd alışda cəmi 37.900 AZN ödəməklə bu innovativ krossoverə sahib ola bilərsiniz.
Həm innovativ üstünlükləri, həm də iqtisadi səmərəliliyi ilə rəqib tanımayan bu model, avtomobil bazarında yeni bir dövrün başlanğıcıdır. Üstəlik, avtomobili kreditlə əldə edən müştərilər üçün KASKO sığorta hədiyyə olunur!
Möhtəşəm Təqdimat Mərasimi
Yaxın tarixlərdə GAC Azərbaycan tərəfindən Aion i60-ın rəsmi təqdimat mərasimi keçiriləcək. Tədbir zamanı qonaqlar avtomobilin futuristik dizaynı ilə yaxından tanış olmaq, REEV texnologiyasının üstünlüklərini öyrənmək və canlı sınaqdan keçirmək imkanı qazanacaqlar.
GAC Aion i60 əsas üstünlükləri:
Aion i60, elektrikli sürüşün səssizliyini yanacaqlı avtomobilin rahatlığı ilə birləşdirən inqilabi REEV texnologiyası sayəsində hər 100 km-ə cəmi 5,5 litr yanacaq sərf edərək düz 1240 km məsafə qət edir; üstəlik, enerjiniz azaldıqda cəmi 15 dəqiqəlik sürətli şarjla batareya səviyyəsini 30%-dən 80%-ə yüksəldərək yolunuza həm qənaətli, həm də fasiləsiz davam etməyinizə imkan yaradır.
Onu fərqləndirən nədir?
Aion i60-ın ən maraqlı və fərqli xüsusiyyətlərindən biri daxili Karaoke sistemidir. Uzun səyahətləri daha əyləncəli etmək üçün nəzərdə tutulan bu sistem, yüksək keyfiyyətli səs izolyasiyası və peşəkar akustikası ilə sərnişinlərə unikal bir təcrübə yaşadır. İndi tıxacda və ya dostlarınızla səfərdə olarkən sevimli mahnılarınızı avtomobilin daxili mikrofon dəstəyi ilə ifa edə bilərsiniz.
GAC Azerbaijan instagram səhifəsini izləyərək GAC Aion i60 təqdimat mərasiminin keçiriləcəyi məkan və tarixi haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Avtomobil haqqında daha ətraflı məlumat üçün +994 (50) 400 09 89 əlaqə yarada və ya Babək prospekti, 61c ünvanındakı GAC Azərbaycan avtosalonuna yaxınlaşa bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
10 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
11 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
11 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb

















.jpg)


