Nardaran – “Koroğlu” xətti “BakuBus”a həvalə edildi
“General Avto Company” firmasının istismarında olan 189 nömrəli (Nardaran qəsəbəsi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.
Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir ki, müntəzəm marşrut xətlərinin istismara verilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinə əsasən, “BakuBus” MMC qalib olub.
16.01.2023-cü il tarixindən bu xətt üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək.
Gediş haqqı nağdsız qaydada həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyi qed edib ki, 189 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Nardaran qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















