970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

“AFKO Təminat” şirkətinin idxal etdiyi kartoflar məhv edilib

AzVak-mobil_resmin_ustu_31
“AFKO Təminat” şirkətinin idxal etdiyi kartoflar məhv edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində “AFKO Təminat” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 

Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərvericilər - kartof yumrularında halqavari çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof güvəsi tırtıl mərhələsində (Phthorimaea operculella Zell.) aşkar edilib.

Reklam_3_11

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.

14.12.2022 16:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19