Azərbaycanda yeni yaradılmış vençur fondunda dövlətin payı açıqlanıb
Azərbaycanda bu gün təqdimatı keçirilmiş “Caucasus Ventures” MMC vençur fondunun təsis paylarının 44%-i dövlətə məxsusdur.
Bunu açıqlamasında Fondun rəhbəri Məmməd Kərimov bildirib.
Onun sözlərinə görə, təsisçilərin fond üçün ayırdığı 11 milyon manatın təxminən 10 %-i Fondun saxlanmasına xərclənəcək, qalan hissəsi startaplara yönəldiləcək.
"Əslində fondun saxlanılması üçün ayrılmış məbləğ azdır. Yəqin ki, fondun xərclərini qarşılamaq üçün investorlardan əlavə vəsaitlərin alınması ilə bağlı danışıqlar aparacağıq. Ümumi məbləğ - 11 milyon manat da azdır. Bu rəqəm təxminən 20-30 milyon manat olmalıdır. Təxminən 3-4 ildən sonra biz Fondun fəaliyyətinin ilikin nəticələrini görəcəyik. Ermənistandan başqa yaxın ətraf regiondakı 10-a yaxın ölkənin startapları bu fonddan yararlana biləcəklər", - deyə M.Kərimov qeyd edib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caucasus Ventures”i bu il noyabrın 25-də, 1 000 manat nizamnamə kapitalı ilə dövlət qedyiyyatına alıb. Yeni kommersiya qurumunun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, ev 13, mənzil 36-dır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
14 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 39 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























