Azərbaycanda 5-ci böyük bankın maliyyə vəziyyəti məlum oldu

Aktivlərinin həcminə görə Azərbaycan bankları arasında 5-ci yeri tutan "Bank Respublika" ASC böyüməkdə davam edib. Bankın aktivləri 1,5 milyard manat səviyyəsini də ötüb.
Marja.az xəbər verir ki, "Bank Respublika"nın cəmi akrtivləri 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 317 milyon 50 min manat və ya 25,7% artaraq 1 milyard 549 milyon 417 min manata çatıb. Bank ötən ilin sonunda 1 milyard 232 miylon 367 min manat cəmi aktivlərə malik idi.
KREDİT PORTFELİ BÖYÜYÜB
"Bank Respublika"nın cəmi aktivlərin artması əsasən müştərilərə verilən kreditlərin və nağd pul vəsaitlərinin artmasından qaynaqlanır.
"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 194 milyon 863 min manat və ya 27% artaraq 914 milyon 804 min manat çatıb. O cümlədən, Bankın biznes kreditləri portfeli 93 milyon 757 min manat artaraq 610 milyon 705 min manata, istehlak kreditləri portfeli 87 milyon 541 min manat artaraq 228 milyon 252 min manata, ipoteka kreditləri portfeli isə 13 milyon 600 min manata artaraq 75 milyon 606 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR ARTIB
"Bank Respublika"nın depozit portfeli 2022-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 141 milyon 697 min manat və ya 17,7% artaraq 943 milyon 262 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 103 milyon 191 min manat artaraq 511 milyon 602 min manata, hüquqi şəxslərin depozitləri isə 38 milyon 506 min manat artaraq 431 miylon 660 min manata yüksəlib.
"Bank Respublika"nın xalis mənfəəti 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 991 min manat və ya 57,8% artaraq 19 milyon 91 min manat təşkil edib. Bank 2021-ci ilin 9 ayında 12 milyon 100 min manat xalis mənfəət əldə etmişdi.
"Bank Respublika"nın faiz gəlirləri 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 35 milyon 591 min manat və ya 56,5% aratraq 98 milyon 551 min manat, qeyri-faiz gəlirləri isə 11 milyon 888 min manat və ya 73% artaraq 28 milyon 140 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 126 milyon 691 min manat olub.
"Bank Respublika"nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 30 milyon 386 min manat artaraq 102 milyon 522 min manat təşkil edib.
Beləliklə, cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirləri) 47 milyon 479 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 30 milyon 386 min manat artıb. Gəlirlərdəki artımın 64%-ni xərclərdəki artım silib. Nəticədə, "Bank Respublika"nın əməliyyat mənfəəti 17 milyon 93 min manat artaraq 24 milyon 169 min manat təşkil edib. Bank ötən ilin 9 ayında 7 milyon 76 min manat əməliyyat mənfəəti əldə etmişdi.
Eyni zamanda,cari ilin 9 ayında mümkün zərərlər üçün yaradılan ehtiyatdan 1 milyon 702 min manat qayıdıb və mənfəətə əlavə olunub. Ötən ilin eyni dövründə mümkün zərərlər üçün yaradılan ehtiyatdan 5 milyon 24 min manat qayıtmışdı.
30 Sentyabr 2022-ci il tarixində "Bank Respublika" ASC 119 milyon 42 min manat məcmu kapitala malik olub ki, bu da minimal tələbdən (50 milyon manat) 2,4 dəfə çoxdur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat sonra
-
8 saat sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
4 saat əvvəl
“SUP VC”dən cavab gəldi - Sosial şəbəkələrdəki paylaşımlara nöqtə qoydu
-
7 saat əvvəl
ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
-
7 saat əvvəl
2025-ci il Nobel İqtisadiyyat Mükafatının sahibləri açıqlanıb - “Hələ də heyrət içindəyəm”
-
7 saat əvvəl
“PAŞA Bank”dan sahibkarlar üçün yeni endirimli biznes kredit kampaniyası!
-
7 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
-
7 saat əvvəl
OPEC xam neft istehsalını artırıb, qlobal neft tələbi proqnozunu isə dəyişməyib
-
8 saat əvvəl
Çizgi filmi sənayesi: 2034-cü ilə qədər 895 milyard dollar həcmində bazar
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

ABB-nin kredit portfeli 2025-ci ilin 9 ayında 7 %-dən çox artıb

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bank of Baku-dan “Gözünüz aydın olsun!” şüarı ilə sağlamlıq aksiyası

Əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq məhsullar alır

ABB-nin son maliyyə durumu: gəlirləri artıb, mənfəəti yüksəlib
