Muğanbankın AYİB ilə birgə layihəsi uğurla tamamlanıb
(®) Avropa Yenindənqurma və İnkişaf Bankı (AYİB), Avropa İttifaqı (Aİ) və Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi tərəfindən maliyyələşdirilən proqram uğurla başa çatıb.
Yerli maliyyə sisteminin dayanıqlılığının artırılmasına və mikro, kiçik və orta müəssisələrin kreditləşməsinin stimullaşdırılmasına yönəlmiş proqramda "Muğanbank" ASC iştirak edib.
Proqramın birinci istiqaməti strategiyanın gücləndirilməsi və biznes planlaşdırmanın möhkəmləndirilməsi, risklərin idarəedilməsi, informasiya texnologiyaları və problemli kreditlərin həlli məsələlərinə yönəlmişdi. İkinci istiqamət isə kredit əməliyyatları, marketinq strategiyası, işçilərin təlimi, monitorinqi və bərpa bölmələrinin yaradılması yolu ilə KOS-ların maliyyə imkanlarının genişləndirilməsinə yönəlmişdir.
Layihənin bağlanmasına həsr olunan tədbirdə çıxışı zamanı AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova proqramın uğurla başa çatdığını vurğulayıb.
Əlavə olaraq Azərbaycan Maliyyə Vasitələri Potensialının Gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq Proqramının həyata keçirilməsində uğurla iştiraklarına görə Muğanbankın İdarə Heyətinin Sədri Elnur Abbasov, Baş direktoru Asif Əzizov, Biznes proseslərinin idarəedilməsi departamentinin direktoru Novruz Qocalı, İnformasiya Texnologiyaları departamenti direktorunun müavini Vadim Qreçnev və Kreditlərin monitorinqi və layihələrin maliyyələşdirilməsi şöbəsinin baş mütəxəssisi Elman Eminov sertifikat ilə təltif edilmişdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















