Fed/Harker: Sentyabr balansı azaltmağa başlamaq üçün uyğun ola bilər
ABŞ Mərkəzi Bankının (Fed) Filadelfiya şöbəsinin sədri Patrik Harker, sentyabr ayının bankın balansını kiçiltməyə başlaması üçün yaxşı vaxt olduğunu bildirib. Fed-in balansını azaltması dedikdə, indiyədək aldığı qiymətli kağızları geri qaytarmağa başlaması və bu yolla dövriyyəyə buraxdığı Dollar kütləsinin bir hissəsini geri yığması başa düşülür.
Harker, "Financial Times"a verdiyi müsahibədə, Fed-in pul və balans siyasətinə dair fikirlərini bildirib.
Fedin 4,5 trilyon dollarlıq balansını kiçiltməyə başlaması lazım olduğunu vurğulayan Harker, ilk addımın Federal Açıq Bazar Komitəsinin (FOMC) sentyabr toplantısında atılmasının uyğun olduğunu dilə gətirib. Harker, həmçinin Fed-in balansını kiçiltməyə başlayarkən, mərhələli faiz artırmasına fasilə verməsinə tərəfdar olduğunu ifadə edib.
Fed rəsmilərinin zaman barədə hələ qərara gəlmədiklərini vurğulayan Harker, zəif göstəricilər gəlməsi halında balansın azaldılmasının təxirə salınacağını bildirib.
Filadelfiya Fed sədri Patrik Harker-in açıqlamaları, bu il FOMC-da səsvermə hüququna malik 9 üzvdən biri olması səbəbindən bazarlar tərəfindən diqqətlə izlənir.
FOMC-ın bu il qalan 4 görüşü, 25-26 İyul, 19-20 Sentyabr, 31 Oktyabr - 1 Noyabr və 12-13 Dekabr tarixlərində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)

















.jpg)
