“Qırmızı Ürəklər”lə “Hər şey mümkündür”!
(®) Məlumat verdiyimiz kimi, Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu 2021-ci ildə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirib. Layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların cəmiyyətdə aktiv iştirakını təmin etmək olub.
Layihə çərçivəsində aztəminatlı ailələrin himayəsində olan daun sindromlu uşaqlar üçün müxtəlif istiqamətlər (rəsm, rəqs, kulinariya, keramika, qurama sənəti, ippoterapiya və s.) üzrə master-klaslar həyata keçirilib. 2022-ci ilin mart ayının 21-i, Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində layihənin davamı olaraq daha bir neçə tədbir həyata keçirilib.
Bu dəfə "Günəş uşaqlar" adlandırılan Daun sindromlu uşaqlar üçün layihənin tərəfdaşları olan “Kinderland” əyləncə mərkəzində və “İL Patio” restoranında müxtəlif növ fəaliyyətlər və master-klaslar təşkil edilib. Uşaqlar müxtəlif peşə sahibləri – həkim, yanğınsöndürən, polis, pilot, aşpaz, alim, aktyor, stilist, hotel əməkdaşı, turizm agenti və s. rollarda çıxış edərək həm əyləndilər, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə etdilər. Layihənin əsas məqsədi gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaqdır.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 4 d. əvvəl
- 26 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi






.jpg)
.jpg)





.jpg)




