Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
2026-cı ilin 01 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 24 milyard 464,7 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 18,7 faizini təşkil etmişdir.
Marja.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2026-cı ilin I rübü üzrə dövlət borcuna dair hesabata istinadən xəbər verir ki, ümumi dövlət borcunun 7 milyard 971,8 milyon manatı (4 milyard 689,3 milyon ABŞ dolları) və ya 32,6 faizi xarici dövlət borcunun, 16 milyard 492,9 milyon manatı və ya 67,4 faizi daxili dövlət borcunun payına düşür.
Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya sənədi ilə (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30%-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.
Dəyişkən faizli dövlət borcunun ümumi borc portfelində payı
2026-cı ilin 01 aprel tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilmiş və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16 faizini təşkil etmişdir.
Xarici dövlət borcu
2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil etmişdir. 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 124,2 milyon ABŞ dolları məbləğində azalmışdır.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,1 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 50,9 faizini təşkil etmişdir.
Xarici dövlət borcunun 59,2 faizi 5 ilə qədər olan müddətdə, 35,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
2026-cı ilin 01 aprel tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 86,1 faiz, avro – 6,1 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,1 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.
2026-cı ilin 01 aprel tarixinə dövlət büdcəsi hesabına xarici borclar üzrə 158,5 milyon ABŞ dolları məbləğində əsas borc, 71,9 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilmişdir.
2026-cı ilin 01 aprel tarixinə ölkənin strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyir.
Daxili dövlət borcu
2026-cı ilin 01 aprel tarixinə daxili dövlət borcu 16 milyard 492,9 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 12,6 faizini təşkil etmişdir. Daxili dövlət borcu 2026-cı ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 311,6 milyon manat azalmışdır. Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 695,5 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 797,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
Hesabat tarixinə dövriyyədə olan 7 milyard 695,5 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 54,4 faizi 2 və 3 illik, 45,6 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2026-cı ilin 01 aprel tarixinə dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,60 təşkil etmişdir. Cari ilin 3 ayı ərzində qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddətinin bitməsi dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olmuşdur.
2026-cı ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 1.310,9 milyon manat məbləğində əsas borc ödənişləri, 132,5 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Dövlət zəmanətli borc
2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil etmişdir. Dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon ABŞ dolları) və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olmuşdur.
2026-cı ilin 01 aprel tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur: ABŞ dolları – 47,0 faiz, avro – 25,5 faiz, manat – 19,4 faiz, yapon yeni – 2,7 faiz, digər valyutalar – 5,4 faiz.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 40,1 faizini sabit, 59,9 faizini dəyişkən faiz dərəcəli öhdəliklər təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
9 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
9 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
9 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
10 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
10 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
10 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır




























