“Azərpoçt”un yeni çatdırılma xidmətinə böyük maraq - AYLIQ ÇATDIRMA 1000-İ KEÇİB
“Azərpoçt” MMC “Logistika” xidmətinin əhatə dairəsini genişləndirir. Qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır.“Azərpoçt” MMC-nin “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə çatdırılmasını təmin edən “Logistika” xidməti artan templə inkişaf edir. İstifadəyə verildiyi 4 ay ərzində layihə çərçivəsində daşımaların həcmi 10 dəfədən çox artıb.
Bu barədə Marja-ya Azərpoçt-un İctimaiyyətlə əlaqələr şöbəsinindən bildirilirb.
Qeyd edilib ki, “Logistika” xidməti 2021-ci ilin oktyabrında koronavirus (COVID-19) pandemiyası şəraitində sahibkar və alıcıların rahatlığını təmin etmək, eyni zamanda ölkədə onlayn alış-verişə dəstək məqsədilə yaradılıb.
"Xidmətin fəaliyyətə başladığı ilk ay ərzində cəmi 95 daşıma həyata keçirilsə də, hazırda aylıq çatdırmanın sayı 1000-dən artıqdır. Bu da “Azərpoçt” MMC-nin bazarda olan tələbatı doğru təhlil edərək, satıcı və alıcılara optimal həll təklif etdiyini göstərir. Ötən 4 ayın göstəricilərinə əsasən, qurum yaxın zamanda aylıq xidmət həcminin 5 min çatdırmaya qədər yüksələcəyini proqnozlaşdırır.
“Logistika” xidmətindən istifadə etmək istəyən mağaza sahibləri “Sədərək” Ticarət Mərkəzinin “Elit 2” korpusunun 2-ci mərtəbəsində yerləşən “Azərpoçt” məntəqəsinə yaxınlaşa bilərlər", - məlumatda deyilir
Xatırladaq ki, “Azərpoçt” MMC ötən il “Logistika” xidməti ilə yanaşı, sahibkarların məhsullarının “Azərpoçt” şöbələrində vətəndaşlara təqdim olunmasını nəzərdə tutan “Retail” xidmətini də istifadəyə vermiş və qarşılıqlı əməkdaşlıqdan yüksək nəticələr əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
4 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















