Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) “Coca-Cola İçecek” (CCI) şirkəti gənc və yenilikçi istedadların potensialına inanaraq tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verir.

“Anadolu Group”un dəstəyi ilə keçirilən müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində təqdim etmək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirmək və şirkətin rəhbər heyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq.

Müsabiqə çərçivəsində seçilmiş yarımfinalçılar iyul ayında keçiriləcək 3 günlük “Innovation Bootcamp” proqramında iştirak edəcəklər. Proqram müddətində tələbələr layihə idarəetməsi üzrə təlimlərə qatılacaq, kouçinq və mentorluq dəstəyi alacaq, həmçinin ayrılan maliyyə dəstəyi ilə ideyalarının prototiplərini hazırlayacaqlar.

Oktyabr ayında baş tutacaq final mərhələsində ən uğurlu 3 layihə pul mükafatı qazanacaq. Bundan əlavə, birinci yerin qalibi noyabr ayında Türkiyəyə “Anadolu Group” şirkətinə səfər etmək imkanı əldə edəcək.

“One Idea” müsabiqəsi çərçivəsində təqdim olunan layihələr şirkətin əsas fəaliyyət istiqamətləri ilə əlaqəli olmalıdır. Bu istiqamətlərə CCI məhsulları və innovasiyalar, təchizat sistemləri, istehsalat, satış, logistika, insan resursları, maliyyə, ətraf mühit, rəqəmsallaşma və texnologiyalar daxildir.

Qeyd edək ki, müsabiqənin bütün mərhələləri ingilis dilində həyata keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən tələbələr 31 mart tarixinə qədər posterdə yerləşdirilmiş QR kodu skan edə və ya aşağıdakı link vasitəsilə qeydiyyat formasını doldura bilərlər: https://lnkd.in/dGKAEPD4

Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın  yaradılması ilə başlayıb. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

Coca-Cola İçecek One Idea müsabiqəsi tələbələr üçün innovasiya müsabiqəsi Anadolu Group dəstəyi Innovation Bootcamp proqramı layihə idarəetməsi təlimi mentorluq və kouçinq dəstəyi tələbələr üçün biznes müsabiqəsi CCI innovasiya proqramı prototip hazırlanması maliyyə dəstəyi final mərhələsi oktyabr pul mükafatı qaliblər Türkiyəyə səfər imkanı CCI fəaliyyət istiqamətləri istehsalat və logistika layihələri rəqəmsallaşma və texnologiya ideyaları insan resursları və maliyyə layihələri ətraf mühit və davamlılıq təşəbbüsləri ingilis dilində müsabiqə 31 mart qeydiyyat son tarix Azerbaijan Coca-Cola Bottlers The Coca-Cola Company qlobal içki şirkəti Azərbaycan Coca-Cola fəaliyyəti 1994 sosial məsuliyyət layihələri gənclər üçün startup imkanları innovativ biznes ideyaları 2026
24.02.2026 11:07

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18