Böyük maraqla izlənilən yarışma başa çatıb - QALİBLƏRİN ADLARI
(®) “Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Azercell Hackathon 2022" yarışması 25 yanvar tarixində başa çatıb. “Hackathon”da müxtəlif bacarıqlara malik, innovativ düşüncəli və potensiallı gənclər təqdim edilən texnoloji tapşırıqların ən uğurlu həllinin tapılması istiqamətində yarışıblar.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell Telekom müsabiqə vasitəsilə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradır.
22-23 yanvar tarixlərində keçirilən “Azercell Hackathon 2022” müsabiqəsində 36 nəfərdən ibarət 12 komanda iştirak edib. Tədbirin açılışından sonra komandalar onlara verilən tapşırıqlar üzərində işləməyə başlayıblar. “Hackathon”boyunca iştirakçılara Azercell-in peşəkar İnformasiya Texnologiyaları və İnsan Kapitalı komandaları dəstək olub.
Qeyd edək ki, bu yarışmada iştirak üçün 30-dan çox komanda müraciət edib, ilkin mərhələdə onlardan 12-si seçimdən uğurla keçərək müsabiqəyə vəsiqə qazanıb. 23 yanvar tarixində müsabiqəyə ayrılan vaxtın sonunda iştirakçılar tapşırıqlara uyğun hazırladıqları texnoloji həlli təqdim ediblər.
Yarışmanın yekun mərhələsi yanvarın 25-də ADA Universitetində baş tutub. Final zamanı iştirakçı komandalar yekun təqdimatları ilə münsiflər qarşısında çıxış ediblər. Tapşırıqları tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunublar.
Nəticələrə əsasən “Azercell Hackathon 2022” yarışmasında 1-ci yerə “Enigma”, 2-ci yerə “Fayda”, 3-cü yeriə isə “Code Geass” komandası layiq görülüb. Qaliblərə tutduqları yerlərə müvafiq olaraq 3000 AZN, 1500 AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.
Mükafatlandırma tədbirində təşkilati dəstəyi ADA Universiteti göstərib.
“Azercell Telekom “MMC qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. Şirkət gənclərin elmə, təhsilə, innovativ yanaşmaya, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə hər zaman xüsusi önəm verir və bu istiqamətdə təşəbbüs və layihələri davam etdirəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















