Bakıda Cənubi Qafqazın ən böyük və ən müasir Baytarlıq Klinikası açılıb
Dekabrın 28-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakının Nizami rayonunda həm ərazisinə, həm də müasir avadanlıqlarla təchizatına görə Cənubi Qafqazda ilk olan Baytarlıq Klinikasının açılışında iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Baytarlıq Klinikası müasir standartlara uyğun inşa olunub.
Tanışlıq zamanı kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, institutun ərazisində yerləşən və 1000 kvadratmetr ərazini əhatə edən klinikada ev heyvanları ilə yanaşı, kənd təsərrüfatı heyvanlarının da müayinə-müalicəsi aparılacaq. Cənubi Qafqazda ilk dəfədir ki, belə böyük ərazisi olan, müasir avadanlıqlarla təchiz edilən Baytarlıq Klinikası istifadəyə verilir.
Baytarlıq Klinikasında özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışacaq. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Bildirildi ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 22 aprel tarixli Fərman imzalanıb. Fərmanın icrası ilə əlaqədar baytarlıq sahəsində institusional dəyişikliklər həyata keçirilir. Belə ki, dövlət sifarişi əsasında baytarlıq xidməti göstərən sahə baytarlıq məntəqələri mütəxəssislərinin gələcək fəaliyyətləri müqavilə əsaslı olmaqla, özəl baytarlıq xidmətinə keçidlə əvəzlənəcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva pişik üzərində cərrahiyyə əməliyyatını izləyib.
İkinci səviyyəli Biotəhlükəsizlik Elmi-Tədqiqat Diaqnostik Laboratoriyası, üçüncü səviyyəli Biotəhlükəsizlik Laboratoriyası, diaqnostikum və serum istehsalat şöbəsinin fəaliyyət göstərdiyi, müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikasında özəl xidmətə keçən baytarlıq mütəxəssisləri bilik və bacarıqlarını artıra, müalicə-profilaktika sahəsində yeni və müasir biliklərdən yararlana biləcəklər. Bununla yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin gənc kadrlardan ibarət məzunlarının da klinikada öz bilik və bacarıqlarını daha da təkmilləşməsinə şərait yaradılacaq.
Baytarlıq Klinikası ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 3 d. əvvəl
-
9 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Ən çox oxunanlar
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub






















