Fiziki şəxs sosial xidmət müəssisələrini hazır yeməklə təmin edəcək - 6 MİLYON MANATLIQ SİFARİŞ
Sosial Xidmətlər Agentliyi, tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja.az elektron satınalma portalına istinadən xəbər verir ki, qalib Fərzəliyev Ziyafət İsa oğludur.
Agentlik qalib şəxs ilə məbləği 5 milyon 972 min 172 manat olan müqavilə imzalayıb.
XXX
16:04 - Bugün Marja.az saytında yayımlanmış “Fiziki şəxs sosial xidmət müəssisələrini hazır yeməklə təmin edəcək - 6 MİLYON MANATLIQ SİFARİŞ” başlıqlı məqalə ilə bağlı olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib:
"Qeyd edirik ki, sözügedən satınalma prosesi Sosial Xidmətlər Agentliyinin tabeliyində olan və ümumilikdə 1700 çarpayılıq müəssisələrin sakinləri - xüsusi qayğıya ehtiyacı olan ahıl şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan şəxslərin il ərzində keyfiyyətli və tam qidalanması üçün yeməklə təminatı məqsədilə həyata keçirilib.
Bununla yanaşı, açıq tenderin qalibi məqalədə qeyd edilən kimi təkcə fiziki şəxs deyil, “GULAY-FOOD” MMC, Fiziki şəxs Fərzəliyev Ziyafət İsa oğlu və ”ADVENTO CO” MMC-dən ibarət konsorsium elan edilib. Tender satınalma qanunvericiliyinə uyğun olaraq şəffaf formada həyata keçirilib və ən aşağı qiyməti təklif edən iştirakçılar qalib elan edilib. Aidiyyəti qurumun internet resursunda bu barədə məlumat yerləşdirilib".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























