“Namaz qılmır, içir, amma kazino mövzusu gələndə deyir müsəlmanıq olmaz”
"Bizdə Fransada, Londonda olan tarixi abidələr yoxdur ki, deyim ki, gəlib arxitektura nümunələrinə baxsınlar. Turistlərin əylənməsi üçün imkanlar yaradılamlıdır".Deputat Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların açılması ilə bağlı Milli Məclisdə səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib.
Millət vəkili fikrinin bəzi şəxslər tərəfindən yanlış şəkildə yozulduğunu bildirib. O qeyd edib ki, kazinolarla bağlı təklifi yalnız Qarabağla bağlı deməyib:
“Mən orda təkcə Qarabağı demədim. Azərbaycanda da müəyyən yerlərdə təşkil etmək olar. Böyük Zirə adasını, Nargin adası, turizm məkanları kimi tanınan Quba, Qəbələ və ya Masallıda da təşkil eləmək olar. Rusiyada 4 yerdə, Qazaxıstanda Alma-Atıdan 70 km aralıda kazino var. Azərbaycan vətəndaşları istəmirsə, müsəlmançılıqda qadağandır deyirsə, bunu öz vətəndaşlarımıza qadağan eləmək olar. Amma bəzi özünə müsəlman deyənlərin özü spirtli içki içir, namaz qılmır, Həcc ziyarətinə getmir. Amma bu məsələ gələndə deyirlər müsəlmanıq olmaz. Müsəlman ölkəsi olan Malaziyada, Şimali Kiprdə kazinolar var. Bu sahədən böyük gəlir götürürlər”.
Q.Həsənquliyev kazinolar vasitəsilə ölkəyə çoxlu turist cəlb etmək və pul qazanmaq imkanı olduğunu deyib:
“Bu gün Qarabağda böyük pula ehtiyac var. Şəhidlərimiz orada qan töküb ki, insalarımız orada yesinlər, içsinlər, əylənsinlər. Orada da kazinolar açılacaqsa, investisiya qoyulacaq, turist axını olacaq, bu da bölgənin inkişafına təkan verəcək. Gürcüstan balaca respublikadır, amma kazinolar hesabına milayrdlarla pul qazanır. Yəni turizmi inkişaf etdirmək üçün kazino bir vasitədir”.
Deputat fikrinin bəzi şəxslər tərəfindən təhrif edildiyini deyib: “Mən demişdim ki, xərcləri aşağı salmaq lazımdır. Xərclər haradan başlayır? Təyyarə biletlərindən. Biletlər ucuz olmalıdır ki, insanlar gəlsinlər. Yemək, qalmaq xidmətləri ucuz və keyfiyyətli olmalıdır. Çox təəsüf ki, bu məsələlər qaldı qıraqda, bir dənə yapışdılar, kazinodan.
Turistlər bizim kimi ölkələrə əylənmək üçün gəlirlər. Bizdə Fransada, Londonda olan tarixi abidələr yoxdur ki, deyim ki, gəlib arxitektura nümunələrinə baxsınlar. Turistlərin əylənməsi üçün imkanlar yaradılamlıdır. Bakıda bir Qız Qalasıdır, bir də Şirvanşahlar sarayı. Bizdə daha çox imkan var ki, əyləncə-istirahət turizmini inkişaf etdirsinlər. Məsələn, Naftalanda müalicə-səhiyyə turizmuini yarada bilərik. Yaxud meşələrimiz var, Qarabağda da belə yerlər var”.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























