Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
1 dekabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə uyğun olaraq, İşçi qrupun ötən iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlarla bağlı sahibkarlar arasında cari ilin I, II və III rübləri üzrə keçirilmiş sorğuların nəticələrinin təhlil edildiyi bildirilib. 2022-ci ildə keçiriləcək sorğu zamanı sahibkarlara ünvanlanması nəzərdə tutulan suallara dair təkliflər müzakirə edilib.
İclasda Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyasının layihəsi üzrə müzakirələr aparılıb. Səsləndirilmiş təkliflər nəzərə alınmaqla layihənin qısa zamanda təkmilləşdirilərək yenidən İşçi qrup üzvlərinə göndərilməsi məsləhətçi şirkətə tapşırılıb. Eyni zamanda, Kommunikasiya Strategiyası qəbul edildikdən sonra geniş ictimaiyyətə təqdim olunmasının zəruriliyi qeyd edilib. İşçi Qrupu tərəfindən ötən iclasda alınmış qərara əsasən elektrik təchizatı şəbəkəsinə onlayn qaydada qoşulma ilə bağlı müraciətlər üzrə 11 aylıq statistik məlumatların dekabr ayının ilk on günlüyündə ictimaiyyətlə paylaşılmasının təmin ediləcəyi bildirilib.
Daha sonra İşçi Qrupun 2021-ci il üzrə Fəaliyyət Planının icrasına dair aparılmış monitorinqin nəticələri dinlənilib, əvvəlki fəaliyyət planlarının icrası zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla hazırlanmış 2022-ci il üzrə Fəaliyyət Planının son layihəsinə dair müzakirələr aparılıb.
İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Deloitte” və “Ekvita” şirkətlərinin nümayəndələri iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























