Türkiyə Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi
Türkiyə Mərkəzi Bankı milli valyutanın məzənnəsini sabitləşdirmək üçün valyuta intervensiyalarına başlayıb. Məzənlərdə müşahidə olunan qeyri-sağlam qiymətlər ilə əlaqədar olaraq bazara valyuta satışı ilə birbaşa müdaxilə edilib.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) valyuta məzənnələrində yaranan qeyri-sağlam qiymətlər ilə əlaqədar olaraq bazara satış istiqamətində birbaşa müdaxilə edib.
Marja xəbər verir ki, mənbələr bazar müdaxiləsinin indiyə qədər 500 milyon dollara yaxın olduğunu qeyd ediblər.
TCMB sonuncu dəfə valyuta məzənnələrinə müdaxiləsini 2014-cü ilin yanvar ayında 3,15 milyard dollarlıq satışla etmişdi.
Hazırkı müdaxilənin 2,5-3 milyard dollara çata biləcəyi qeyd olunur.
Müdaxilədən sonra Dollar/TL məzənnəsi 2% geriləyərək 13,21 səviyyələrinə düşüb.
İlin əvvəlindən Türkiyə valyutası 90%-ə yaxın dəyərdən düşüb ki, bu da son illərin ən böyük dəyər itirmələrindən biri olub. Yanvar ayında dollara təxminən 7,3 lirə verilib, bugün isə dolların qiyməti 14 lirəyə yaxınlaşıb.
İqtisadçılar TCMB tərəfindən müdaxilənin "Mən buradayam" mesajı xüsusiyyətində olduğunu, lakin faiz endirimlərinin davam etməsi vəziyyətində bunun təsirinin gözlənildiyi ölçüdə olmayacağını bildirirlər.
Həmçinin oxu
Ərdoğan danışdı, dollar rekord qırdıTCMB-in bu cür müdaxilələr üçün kifayət qədər gücü olmadığı bildirilir. TCMB-nin banklarla etdiyi swap-lar nəzərə alındığında açıq mövqesi var. Bu, bir az hərəkət sahəsini məhdudlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 d. əvvəl
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
4 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Qlobal investisiya bankı neftin qiyməti üzrə proqnozunu artırıb
Trampdan "Netflix"ə xəbərdarlıq: “Onu işdən çıxarın"
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb


















