"Fitch": Azərbaycan İpoteka Fondunun portfeli bu il 30-40% artacaq
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) ipoteka portfelinin 2017-ci ildə 30-40% arta biləcəyini proqnozlaşdırır.
"Fitch"in hesabatına əsasən, 2016-cı ildə Fondun ipoteka portfelində cüzi azalma baş verib və bu ilin əvvəlinə Fondun aktivləri 537 mln. manat təşkil edib. Cari ildə isə Fondun kapitalına 50 mln. manat əlavə edilib. Bununla yanaşı, AİF-in 200 mln. AZN istiqraz yerləşdirməsi gözlənilir.
Agentlik bildirib ki, AİF-in əməliyyatlarının sayı 2016-cı ildə azalsa da, ilin sonundan etibarən yenidən təşkilatlanma prosesindən sonra fəaliyyəti bərpa olunub. "Fitch" həmçinin AİF-in reytinqini Azərbaycanın suveren reytinqinə ("BB+"/neqativ) uyğun yeniləyib. Agentlik bunu, Fondun dövlətlə sıx əlaqəli və onun nəzarətində olması ilə əlaqələndirir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 31 d. əvvəl
- 36 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq “IFS FOOD” Version 8 sertifikatına layiq görülüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
3 ölkə enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladı
-
2 saat əvvəl
Şərifov: Qara dənizin dibi ilə kabel layihəsi üzrə beynəlxalq tərəfdaşlarla sıx işləyirik
-
2 saat əvvəl
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim