Həyat sığortası 21%, qeyri-həyat sığortası isə 7% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 290 milyon 264 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, ötən ilin yanvar-sentyabr aylarına nisbətən 21,3% çoxdur.
Ötən 9 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 365 milyon 357 min manat təşkil edib. Bu isə illik müqayisədə 6,8% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 10,3% artaraq 205 milyon 151 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 38,2% artaraq 168 miylon 340 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 70,7 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 46,1 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 77,7 manat və 35,6 manat olub.
Könüllü sığorta 12%, icbari sığorta isə 16% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 447 milyon 972 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-sentyabr aylarına nisbətən 11,5% çoxdur.
Ötən 9 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,5% artaraq 207 milyon 649 min manata çatıb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 280 milyon 840 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,15% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 83,6% artaraq 92 milyon 652 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-sentyabr aylarında 64,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























