6 sığorta şirkətinin satışı azalıb – ADLARI. ƏN PİS VƏZİYYƏT...
Ən pis vəziyyət “Meqa Sığorta”dadır.2021-ci ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən 6-sının hesabladığı sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, “AtaSığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta” və“Xalq Sığorta”nın hesabladıqları sığorta haqları azalıb. Ən pis vəziyyət “Meqa Sığorta”dıdr.
2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında hesablanan sığorta haqları “AtaSığorta”da 1 milyon 90 min manat azalaraq 9 milyon 402 min manata, “Atəşgah Sığorta”da 1 milyon 484 min manat azalaraq 17 milyon 236 min manata, “Azsığorta”da 4 milyon 533 min manat azalaraq 8 milyon 382 min manata, “İpək Yolu Sığorta”da 1 milyon 736 min manat azalaraq 14 milyon 847 min manata, “Meqa Sığorta”da 7 milyon 148 min manat azalaraq 18 milyon 509 min manata, “Xalq Sığorta”da 1 milyon 154 min manat azalaraq 20 milyon 627 min manata düşüb.
Yeni fəaliyyətə başlamış "Aqrar Sığorta" və "Meqa Həyat" xaric, digər sığorta şirkətləri hesabladıqları sığorta haqlarını artırmağı bacarıblar.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən sığortaçıların hesabladıqları sığorta haqları 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 74 milyon 111 min manat və ya 12,7% artaraq 655 milyon 620 min manata çatıb. Müqayisə olunan dövrdə sığorta ödənişləri 65 milyon 729 min manat və ya 21,4% artaraq 373 milyon 491 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























